""5-ci kolon"un "simasızları" yenidən fəallaşıblar" - Deputat

""5-ci kolon" yenidən işlək vəziyyətə gətirilir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, onlar daxildəki qüvvələrdən istifadə edərək qarayaxma kampaniya aparırlar:
"Azərbaycan mühüm beynəlxalq əhəmiyyətli uğurlara, nailiyyətlərə imza atdıqca anti-Azərbaycan dairələri fəallaşır, gecə-gündüz böhtan istehsalı ilə məşğul olurlar. Böhtanların yayılmasını və tirajlanmasını təşkil edirlər. Bu məqsədlə, sapı özümüzdən olan baltaların fəaliyyətindən yararlanırlar. "5-ci kolon" yenidən  işlək vəziyyətə keçirilir".
Deputat söyləyib ki, yaxın keçmişdə də eyni hadisələrin şahidi olmuşuq: 
"I Avropa Oyunları zamanı anti-Azərbaycan dairələri fəal şəkildə qarayaxma kampaniyası apardılar, IV İslam Həmrəyliyi Oyunları dövründə də oxşar tendensiyalar müşahidə olundu. 
COP29 tədbirinə Azərbaycan ev sahibliyi edərkən, bu qüvvələr yenidən fəallaşdılar və həmin beynəlxalq tədbirə qarşı boykot siyasəti həyata keçirməyə çalışdılar. Yenə də daxildəki bəzi qüvvələrdən, milli maraqlara zidd fəaliyyət göstərən şəxslərdən istifadə etdilər və onların vasitəsilə müxtəlif qarayaxma kampaniyaları təşkil olundu". 
Deputat qeyd edib ki, sülh prosesi dönməz xarakter alıb və bunu gözü götürməyənlər çoxdur:
"2025-ci ilin avqust ayında Vaşinqton şəhərində mühüm sənədlər imzalandı, tarixi naliyyətlər oldu. Sülh prosesi dönməz xarakter alıb. Eyni zamanda ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, müvafiq razılaşmalar əldə olunub. Bu prosesdə Donald Trump tərəfindən də Azərbaycanın rolu yüksək qiymətləndirilir. Donald Tramp İlham Əliyev şəxsiyyətinə və fəaliyyətinə verdiyi yüksək qiymət Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir".
Parlamentari qeyd edib ki, "5-ci kolon" nümayəndələri siyasi həyasızlıq göstərirlər:
"Bütün bu reallıqlar fonunda "5-ci kolon"un "simasızları" yenidən fəallaşıblar. Onlar Azərbaycan dövlət başçısını tənqid etməklə kifayətlənmir, eyni zamanda ABŞ Prezidentini də hədəf almağa çalışırlar. Siyasi həyasızlıq nümunəsi nümayiş etdirirlər". 
E.Nəsirov bildirib ki, Vaşinqtonda Prezidentin Təhlükəsizlik Xidmətinin davranışı tam qanuni olub:
"Son hadisələr zamanı Prezidentin təhlükəsizlik xidməti əməkdaşları öz vəzifələrini qanun çərçivəsində və peşəkarlıqla yerinə yetirdilər. Buna baxmayaraq, bəzi dairələr bu hadisəni təhrif edərək hüquq pozuntusu və insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışırlar. Halbuki oxşar hallar digər ölkələrdə də baş verir. Məsələn, ABŞ Prezidentinin Florida ştatındakı iqamətgahına da bir şəxs silahlı hücum etmək istəyib. Lakin təhlükəsizlik qüvvələri tərəfindən həmin şəxs yerindəcə güllələnib. Ona görə də anoloji hadisələr müzakirə olunmalı, eyni hadisələr zamanı başqa ölkələrin necə davrandığına baxmaq lazımdır. 
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin davranışı tam qanuni, adekvat və zəruri olub".
Şahanə Ziyad

Siyasi       Tarix: 24 fevral 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum sou xeberler son xeberler az cebheden xeberler