56 ilin saatsazı: "150 minlik saatı mənə əmanət ediblər" - MÜSAHİBƏ + FOTO

56 ilin saatsazı: 56 ilin saatsazı: "150 minlik saatı mənə əmanət ediblər" - MÜSAHİBƏ + FOTO
"Bu günə qədər bərpa edə bilmədiyim saat olmayıb. Elə şey ola da bilməz".
Bunu Oxu.Az-a müsahibəsində saatsaz Ələkbər Ələkbərov deyib.
Müsahibəni təqdim edirik:
- Ələkbər bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
- 1946-cı ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşam.1965-ci ildə əsgərliyə getdim. Əsgərliyi üç il Lvovda oldum. Əsgərlikdən qayıtdıqdan sonra Rusiyaya üz tutdum. Orada oxuyub, yaşadım. 23 il Rostovda yaşadım. Elə həmin vaxtdan saat zavodunda çalışmağa başladım. 1990-cı ildə Bakıya gəldim.
56 ilin saatsazı: - Rusiyada yaşamağa başlayandan saatsaz olaraq işə düzəldiyinizi dediniz.
- Tanış var idi. Peşə məktəbinə getdim. Daha sonra da zavodda qalıb, işlədim. Marağım əvvəldən var idi. Zavodda 22 nəfər işçim var idi. Həm zərgər, həm də saatsaz işini bilirəm. Anama görə, Bakıya qayıtdım.
- Bir qədər saatsaz sənətinin sirlərini açmanızı istərdim.
- Saatın sirlərini açmaq bir qədər çətindir. Saat, ümumiyyətlə, çətin bir məsələdir. Öyrənib, işləyirəm. 56 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
56 ilin saatsazı: - Hazırda çalışdığınız antik təmirxanada neçə ildir fəaliyyət göstərirsiniz? Təmirxananız maraqlı dizayna malikdir. Buranı belə hazır icarəyə götürmüsünüz?
- 1990-cı ildən bu təmirxanadayam. Təmirxananın dizaynını özüm hazırlamışam. Hər işi özüm etdim. Sıfırdan başlamışam. Hər zaman tək çalışmışam. Yanımda kimsə olmayıb.
Təmirxana, gördüyünüz kimi, sakit yerdədir. Sırf sakit yer olduğu üçün buranı seçdim. Mənə deyirdilər ki, iş olmayacaq. Dedim baxarsınız. Mən özüm buranı seçdim. İş çoxdur. Sənətkarı axtarıb, tapırlar. Çətin saatları düzəldən yoxdur. Qızıl saatlar da gətirirlər.
56 ilin saatsazı: - Tələbəniz olub?
- Tələbəm olub. Bir tələbəm var idi. İndi televiziyadadır. O çox yaxşı öyrənmişdi. Elektron saatları yaxşı düzəldirdi. Mühitə öyrəşə bilmədi. Gənc idi. Səbri çatmadı. Üç tələbəm olub.
Sənətimi oğluma da ötürmüşəm. Ali təhsillidir. Amma burada mənimlədir. Kimə qalacaq, işləsin. Tələbələrimə hər sirri öyrədirəm. Bu iş səbir tələb edir. Birdən elə saat gəlir bir gün otururam üstündə. Ac-susuz. Düzəltməmiş yemək də yemirəm. Qurtarandan sonra rahat otururam.
56 ilin saatsazı: - 23 il Rostov şəhərində fəaliyyət göstərmisiniz. Oradakı müştərilər ilə bizim fərqimiz nədir?
- Məni orada da çox istəyirdilər. Orada da yaxşı işləmişəm. Ümumiyyətlə, mən işləyən adamam. Mənə görə, bura yaxşıdır. Öz millətimizdir.
Rəhbərim yoxdur. Amma 56 ildir ki, 07:00-da işdə oluram. Saat 18:00-a qədər fəaliyyət göstərirəm.. Sənətimi çox sevirəm.
- Maraqlıdır, müştəriləri necə cəlb edirsiniz? Bir gələn yenə gəlir?
- Müştərilər özləri gəlirlər. Hər biri məni çox istəyir. Hər yerdən müştərilərim var. Gəncədən, Sumqayıtdan. Gələn çoxdur. Müştərisiz günüm yoxdur. Bir gələn yenə də gəlir. Hələ üstəlik başqasına da deyir. O da gəlir. Bu işi bacarıram.
56 ilin saatsazı: - Oğlunuz reklam olunmağı sevmədiyinizi bildirdi. Səbəb nədir? Reklama ehtiyacınızın olmadığını düşünürsünüz?
- İllər əvvəl təkliflər olub, qəbul etməmişəm. Reklama ehtiyacım yoxdur. Haqqımda neçə dəfə yazıblar. Reklam edib nə qazanacağam ki...
- Sosial şəbəkələrdə paylaşımları kim edir?
- Oğlum edir. Mənim başım çıxmır.
- Bərpa edə bilməyib məyuslandığınız saat olubmu?
56 ilin saatsazı: - Məndə olmayıb. Bu günə qədər bərpa edə bilmədiyim saat olmayıb. Elə şey ola bilməz..
- Ən bahalı və ən ucuz hansı saatları təmir etmisiniz?
- Ən bahalı 150 minlik saat gəlib. 150 minlik saatı mənə əmanət ediblər. Yanımda adam dayanıb, düzəltmişəm, aparıblar. 30-40 minlik saatlar gəlir. Qızıl və gümüş də təmir edirəm. Buraya nasaz gələn saz gedir.
Ən ucuzunun qiymətini unutmuşam. Hər tip saat gəlib. Yaponiyadan, Çindən, Rusiyadan, hər ölkədən saat gəlir. Hər növ saat gəlir. Hamısını düzəldirəm. Bunların içərisində böyümüşəm. İş prosesini izah edə bilmərəm. İzah etmək mümkün deyil. Hamısı beynimdədir. Sirr veriləsi deyil. Sırf xarabları düzəltmirəm. Saat da yığıb, hazırlayıram.
56 ilin saatsazı: - Heç olubmu ki, bu işdən bezdiyinizi hiss edəsiniz?
- Heç vaxt bezməmişəm. Olsa, burada nə işim var. Mənim taylarım dincəlir. Mən dincəlmirəm. Günüm ancaq saatdır. Saata bağlıyam.
56 ilin saatsazı: - Məşhur simaların da sizə üz tutduqlarını dediniz.
- Məşhurlardan Arif Quliyev bura tez-tez gələrdi. İlqar Muradov da gəlir. Sənət adamları, nazirlər də bura üz tuturlar.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 13 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son.xabar valyuta məzənnələri cəbhədən son xəbərlər