60 ildir bığını kəsmir - FOTO

60 ildir bığını kəsmir - FOTO60 ildir bığını kəsmir - FOTO
Türkiyənin Ərzurum vilayətinin Xorasan mahalında oğlu Məhəmmədlə birlikdə bərbərlik edən Hacı Kırbaç 60 ildir ki, bığlarını kəsmir. Beş uşaq, 36 nəvə sahibi olan 76 yaşlı kişi mahala gələn yerli və xarici turistlərlə bərabər, siyasətçilərin də maraq dairəsindədir. O, yarım əsrdən çox müddətdir kəsmədiyi bığlarına mütəmadi qulluq etdiyini deyərək, sirrini heç kimlə bölüşməyəcəyini vurğulayıb.
Bu barədə "HaberGlobal" məlumat yayıb.
"Xorasanlı Pala" ləqəbi ilə tanınan Hacı Kırbaç bığa qulluq etməyin çətin olduğunu və baha başa gəldiyini bildirsə də, bərbər olduğu üçün öhdəsindən asanlıqla gəldiyini deyib. Türkiyənin hər yerindən onunla foto çəkdirməyə gələnlərin olduğunu deyən Kırbaç bunları söyləyib:
"Bığımı çox sevirəm. Səhər bərbərxananın qapısını açan kimi bığıma baxıram. Bığıma 60 ildir qulluq edirəm. Xüsusi qulluq var, amma bu günə qədər heç kimə deməmişəm. Bundan sonra demərəm, sirdir. Hazırda 1.5 metr uzunluğu var.
İki rəqibim var idi, onlar rəhmətə getdi, tək qaldım. Mən ölsəm, bığ çempionu olaraq heç kim qalmayacaq. Məndən sonra bığ uzadan heç kim yoxdur. Daha çox uzada bilərəm, amma rəqibim olmadığlı üçün uzatmıram. Mənim üçün səliqəli olsun, kifayətdir. Bəlkə də, 100 nəfər səhərdən axşama qədər şəkil çəkdirməyə gəlir. Həm ölkədən, həm də xaricdən mənimlə şəkil çəkdirmək üçün növbədədirlər.
Bu yaşda bu bığla qulluq edən şəxsin müştərisi olmaz? Mənim kimi bığ uzada bilməzlər. Prezidentlə üç dəfə görüşmüşük. Başımda panama papaq var idi. Prezident dedi ki, "bu olmasaydı, daha yaxşı olardı". Əminə xanım da, "yox, Pala onunla tanınıb", - dedi. Hər zaman panama ilə gəzirəm. Qalstuksuz və panamasız heç yerə getmərəm".
60 ildir bığını kəsmir - FOTO60 ildir bığını kəsmir - FOTO60 ildir bığını kəsmir - FOTO

Maraqlı       Tarix: 15 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun ən son xəbərlər bugün en son xeberler bu gun apa.az xeberler