Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz rəftara görə konkret cərimələr müəyyən edilib.
Belə ki, heyvana ağrı, əzab və işgəncə vermək, onu döymək və ya döyüşdürmək 500 manatdan 800 manatadək cərimə ilə nəticələnə bilər.
Əgər bu hərəkətlər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədilərsə, cərimənin məbləği 800 manatdan 1000 manatadək artır.
Rəhmsiz rəftar nəticəsində heyvan şikəst edilərsə, həmin əmələ görə 1000 manatdan 1500 manatadək cərimə nəzərdə tutulur.
Əgər heyvana qarşı edilən zorakılıq onun tələf olması ilə nəticələnərsə, cərimə 1500 manatdan 2000 manatadək ola bilər. Bu halda işin hallarından və şəxsin vəziyyətindən asılı olaraq bir ayadək inzibati həbs də tətbiq edilə bilər.
Bundan başqa, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi, belə davranışa açıq çağırışlar edilməsi və bu cür görüntülərin kommersiya məqsədilə istifadəsi də ayrıca məsuliyyət yaradır. Bu əməllərə görə 1000 manatdan 1500 manatadək cərimə və ya müəyyən hallarda bir ayadək inzibati həbs tətbiq edilə bilər.
Qanundakı bu normalar o deməkdir ki, heyvanın küçədə yaşaması ona qarşı zorakılığa haqq qazandırmır. Hadisənin şahidi olan şəxslər isə öz təhlükəsizliklərini nəzərə alaraq mümkün sübutları, o cümlədən foto və video görüntüləri qoruyaraq aidiyyəti qurumlara məlumat verə bilərlər.
/Baku.ws / azxeber.com

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Stresə qarşı ən yaxşı vasitə açıqlandı
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto
Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı