Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi nəzərdə tutulur".
azxeber.com-un baku.ws-ə istinadən məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, hazırda "Əmək pensiyaları haqqında" Qanuna əsasən, beş və daha çox uşağı olan ailələr üçün müəyyən güzəştlər tətbiq edilir:
"Belə ailələrdə anaların, bəzi hallarda isə ataların pensiya yaşı beş il azaldılır. Yəni həmin şəxslər ümumi qaydada müəyyən edilmiş 65 yaş deyil, 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edə bilirlər. Eyni zamanda, sosial müavinətlər haqqında qanunvericiliyə əsasən, beşdən çox uşağı olan ailələrə dövlət büdcəsi hesabına sosial müavinət ödənilir.
Bizim təklifimiz çoxuşaqlı ailə anlayışının mərhələli şəkildə dəyişdirilməsini nəzərdə tutur. Belə ki, sosial müavinətlərin təyin edilməsi üçün mövcud meyarın altı uşaqdan üç uşağa, pensiya yaşına tətbiq olunan güzəştlər üzrə isə beş uşaqdan üç uşağa endirilməsi təklif olunur.
Hazırda təxminən 14 min ailə çoxuşaqlı ailə kimi dövlət büdcəsindən sosial müavinət alır. Bu ailələrdə uşaqların sayından asılı olaraq hər bir uşağa görə aylıq 140 manat müavinət ödənilir".
Vüqar Bayramov əlavə edib ki, təklif olunan yanaşmaya əsasən, proses mərhələli şəkildə həyata keçirilə bilər:
"İlk mərhələdə beş uşağı olan ailələrə, daha sonra isə dörd və üç uşağı olan ailələrə də dövlət büdcəsindən sosial müavinətin verilməsi nəzərdə tutula bilər.
Hesablamalara görə, üç və daha çox uşağı olan ailələrin də bu sistemə daxil edilməsi 250 mindən artıq ailənin dövlət büdcəsindən aylıq sosial müavinət almaq imkanını yarada bilər. Bu isə həmin ailələrdə uşaqların sayına uyğun olaraq hər bir uşağa görə aylıq sosial dəstəyin göstərilməsi deməkdir.
Eyni zamanda, bu yanaşma çoxuşaqlı ailələr üçün pensiya yaşında tətbiq edilən güzəştlərin də genişləndirilməsinə imkan verə bilər. Məsələn, üç uşağı olan şəxslərin pensiya yaşının üç il, dörd uşağı olanların dörd il, beş və daha çox uşağı olanların isə beş il azaldılması məsələsinə baxıla bilər.
Təklif artıq təqdim olunub və aidiyyəti dövlət qurumları tərəfindən maliyyə imkanları və mümkün fiskal yük qiymətləndirildikdən sonra bu istiqamətdə müzakirələrin davam etdirilməsi mümkündür".

Sosial       Tarix: 12 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib

Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X"-də bildirib. Səfirin sözlərinə görə, Dnepropetrovsk və Kiyev vilayətlərində

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Gəncədə 28 yaşlı şəxs bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Hilal İrzayev bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hadisənin kim və ya kimlə

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Oktyabrda həyatı dəyişəcək dörd bürc - Yeni səhifə açılır

2026-cı ilin oktyabr ayı bəzi bürclər üçün yeni fürsətlər, gözlənilməz hadisələr və mühüm qərarlar dövrü ola bilər. Keçmişdə yarım qalan məsələlər yenidən gündəmə gələcək, münasibətlərə və maliyyə qərarlarına fərqli yanaşma

"Bunun pis tərəfi odur ki, insan beyninin işğal edildiyini anlamır" - Hacıbəy Heydərli

İdeoloji işğalın ən təhlükəli tərəfi budur ki, insan bir müddət sonra işğal altında olduğunu özü də hiss etmir. Müqavimət ruhu zəifləyir, milli kimlik arxa plana keçir, tarixi yaddaş silinir və cəmiyyət öz keçmişinə yadlaşmağ

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, federasiyanın prezidenti vəzifəsinə AAYDA-nın sədri Vüsal Nəsirli

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illi


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber en son xəbərlər bugün ensonxeberler cəbhədən son vəziyyət