Futboldan ömürlük uzaqlaşdırıldılar
FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası Maldiv və Montserrat futbol federasiyalarının sabiq prezidentləri ilə bağlı ağır cəzalar tətbiq edib
KONKRET.az Qol.az-a istinadən xəbər verir ki, Maldiv Futbol Assosiasiyasının (FAM) sabiq prezidenti Bassam Adil Cəlil və Montserrat Futbol Assosiasiyasının (MFA) keçmiş rəhbəri Vinsent Kassell futbolla bağlı istənilən fəaliyyətdən ömürlük uzaqlaşdırılıblar. Onların həmçinin hər biri 1 milyon İsveçrə frankı (təxminən 1,05 milyon avro) məbləğində cərimələnib.
Bassam Adil Cəlil FİFA-nın COVID-19 pandemiyası ilə əlaqədar ayırdığı yardım vəsaitlərini şəxsi məqsədlər üçün mənimsəməkdə təqsirli bilinib.
Vinsent Kassell isə vəzifə səlahiyyətlərindən sui-istifadə, sistemli maraqlar toqquşması, FİFA və MFA-nın vəsaitlərindən təyinatı üzrə istifadə etməmək, həmçinin təşkilat əməkdaşlarının fiziki və psixoloji toxunulmazlığına zərər vuran davranışlarda təqsirli bilinib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı