61 dövlət əmlakı hərraca çıxarılacaq
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 8 sentyabr tarixində təşkil ediləcək.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılacaq. Bunlardan 17-si səhmdar cəmiyyəti, 28-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 16-sı nəqliyyat vasitəsidir.
Məlumatda bildirilir ki, aqrar, sənaye, nəqliyyat, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərinin səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb.
Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılan dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, qeyri-yaşayış binalarıdır.
Hərraca müxtəlif markalara aid, fərqli istehsal tarixli nəqliyyat vasitələri də çıxarılacaq. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclarda hər kəsin şəffaf və rahat iştirakı təmin edilir. Hərraclarda iştirak etmək istəyənlər Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.
Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) "Elektron hərrac" bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar