6,7 manata olan 'business lunch' menyusu 20-25 manata satılır - Bu xaotik durum nədən qaynaqlanır?
Ramazan ayı daxil olandan etibarən paytaxtdakı restoranlarda qiymət artımı müşahidə edilir.
Həmişə 6,7 manata təklif edilən "business lunch" menyularına su və xurma əlavə edilərək 20-25 manata satırlar.
Əlbəttə ki, müştərilər bu cür qiymətlərdən narazıdırlar.
Bəs mövcud qiymət artımı nədən qaynaqlanır?
Yaranmış gözlənilməz hal ilə əlaqədar iqtisadçı ekspert Eldəniz Əmirov azxeber.com-a açıqlama verib.
Ekspert mövcud problemin cəmiyyətdə yaranan tələbdən irəli gəldiyini deyib:
"Hazırkı qeyd etdiyiniz məsələdə bilavasitə tələbin kifayət qədər yuxarı olmasıdır. Dövlət restoranların qiymətinə müdaxilə edə bilməz. Tələb olduğu üçün restoranlar istədikləri qiymətləri müştərilərə təlqin edirlər. Əgər həmin qiymət artımları nəticəsində masalar boş qalarsa, o zaman restoranlar qiymətləri aşağı salacaqlar. Amma restoran sahibləri olmasın, hər hansı bir oxucu olsun. İnsan xidmət təklif edib və bunu istəyən var. 5 manat qiymətə qoyduğu zaman pul ödəyib həmin xidmətdən istifadə edən var, 500 manatlıq xidmətdən istifadə edənlər də var. Bu sadə bir bazar qanunudur".
İqtisadçı əlavə edib ki, müşahidə olunan qiymət artımı daha çox paytaxtdakı restoranlarda özünü büruzə verir:
"İndi siz gedin baxın, görün regionlardakı restoranlarda da bu qədər baha qiymətlər var? Xeyr, müşahidə edilmir. Çünki regionlarda tələb yoxdur. İnsanlar daha çox yeməyi öz evlərində yeyirlər, iftarını açırlar. Bəzi regionlarda bəzi restoranlar, otellər... Söhbət heç bir turizmi olmayan sıradan bir regiondan, rayondan gedir. Bütün bunların fonunda onu deyə bilərəm ki, hazırkı qiymətlərin artmasının səbəbi cəmiyyətdəki tələbdir".
Mikayıl Mirzəzadə
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır