7 illik vergi güzəşti ləğv olunur - Ekspert yeni dəyişikliyi şərh etdi

7 illik vergi güzəşti ləğv olunur - Ekspert yeni dəyişikliyi şərh etdiXəbər verdiyimiz kimi, gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. 
Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. 
İqtisadçı Xalid Kərimli azxeber.com-a bildirib ki, 2026-cı il yanvarın 1-dən etibarən gəlir vergisi ilə əlaqədar qeyri-dövlət, yəni özəl sektorda çalışanlar üçün tətbiq edilən vergi güzəştinin müddəti başa çatır:
"Hökumət bu prosesi dərhal deyil, mərhələli şəkildə həyata keçirəcək. Belə ki, vətəndaşın iş yerində aylıq gəliri 2500 manata qədərdirsə, ondan 3 faiz (yəni 75 manat) gəlir vergisi tutulacaq. 2500 manatdan 8000 manata qədər olan gəlirdən isə 10 faiz, 8000 manatdan yuxarı maaş alan şəxslərdən isə 14 faiz vergi çıxılacaq. Nəticə etibarilə, 8000 manatdan çox əməkhaqqı alan şəxslər 625 manat və əlavə olaraq gəlirin həmin hissəsindən 14 faiz vergi ödəyəcəklər. Bu qayda 2026-cı ildən etibarən bir illik dövrü əhatə edir".
Ekspert deyib ki, 2027-ci ildən etibarən isə aşağı gəlir həddində olan şəxslər üçün vergi 2 faiz artırılaraq 5 faiz olacaq:
"2028-ci ildən sonra isə özəl sektorda 2500 manata qədər maaş alan şəxslər üçün gəlir vergisi 7 faiz təşkil edəcək. Digər gəlir aralıqları əvvəlki illərdə olduğu kimi qalacaq.
Beləliklə, hökumət üçpilləli sistemlə maaşlardan tutulan gəlir vergisini mərhələli şəkildə bərpa edir. Əsas məqam ondan ibarətdir ki, 2500 manat maaş alan vətəndaş əvvəllər 14 faiz vergi ödəyirdisə, yeni qaydalara görə bu göstərici əlavə 3 faiz olacaq. Lakin onun Dövlət Sosial Müdafiə Fonduna (pensiya fonduna) olan 10 faizlik ödənişi əvvəlki qaydada qalacaq. Hökumətin əsas məqsədi vətəndaş pensiyaya çıxarkən onun pensiya kapitalının formalaşması üçün sosial sığorta ödənişlərinin saxlanılmasını təmin etməkdir".
X.Kərimli qeyd edib ki, bununla belə, bu proses insanların alım gücünü azaldacaq: 
"Dövlət vətəndaşın qazancının bir hissəsini büdcəyə yönəldir və özü xərcləyəcəyini bildirir. Nəticədə, vətəndaşın alım gücü aşağı düşəcək, dövlətin isə maliyyə imkanları genişlənəcək. Bu vergi artımını heç bir şəkildə kompensasiya etmək mümkün olmayacaq. Vətəndaş özü öz başının çarəsinə baxmalıdır".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 24 oktyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat son xeberler azerbaycan cəbhədən ən son xəbər cəbhədən son xeber