7200 km-lik Şimal-Cənub Nəqliyyat Dəhlizi Azərbaycandan keçəcək
İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib ki, yaxın həftələrdə Gilan əyalətinin şimalındakı Rəşti Astara ilə birləşdirəcək dəmir yolunun tikintisinə başlanılacaq.
KONKRET.az "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, Əfəndizadə yaxın 45 gün ərzində 162 km uzunluğunda dəmir yolunun tikintisinə başlanacağına aydınlıq gətirib.
"Layihənin başa çatdırılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində aparıcı rol oynayacaq. Şimal-Cənub işə salındıqdan sonra qonşu və regional dövlətlər böyük iqtisadi gəlir əldə edəcəklər".
İran 2023-cü ilin aprelində Hindistan və Rusiya ilə üçtərəfli sammit zamanı beynəlxalq İran Yolu layihəsi ideyasını irəli sürmüşdü. Əfəndizadə bildirib ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya, Mərkəzi Asiya və Avropa arasında yüklərin daşınması üçün 7200 km uzunluğunda çox rejimli dəniz, dəmir yolu və avtomobil marşrutları şəbəkəsidir. İran rəsmilərinin hesablamalarına görə, Rəşt-Astara dəmir yolu istismara verildiyi birinci ildə bir milyon sərnişin və 10 milyon ton yük daşınacaq.
Vəli Həsənov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR