74 yaşlı kişi tüstüdən boğulub öldü
Oğuzda 74 yaşlı kişi tüstüdən zəhərlənərək ölüb.
KONKRET.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Kərimli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1948-ci il təvəllüdlü Tofeq Abdulla oğlu Babayev yaşadığı evdə tüstüdən zəhərlənərək ölüb.
T.Babayevi huşsuz vəziyyətdə qonşusu aşkarlayıb. 74 yaşlı kişinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz Rayon Şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, evdə odun sobası olub və tüstülənmə də sobadan baş verib.
Faktla bağlı araşdırma aparılır.
Kurslar.az kurslar [newsid: 0-123300]