8 Martda qaçırdığı qız özünü maşından atdı, ağır cəza verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Yusif Əliyevə (şərti) hökm oxunub.
KONKRET.azxəbər verir ki, 1991-ci il təvəllüdlü Y.Əliyevə Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 4 il 6 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə ötən il martın 8-də, saat 22 radələrində Gəncə şəhərində qeydə alınıb.
Belə ki, həmin gün sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs qohumu Gülnar Qasımovanı (şərti) yaşadığı ünvandakı evindən çıxararaq şəxsi avtomobilinə mindirib. Bu vaxt avtomobildə Y.Əliyevin həmkəndlisi də olub.
Yolda isə qıza onu evlənmək məqsədilə qaçırdığını bildirib. Bunu eşidəndən sonra Gülnar ondan avtomobili dayandırmasını təkid etsə də, Y.Əliyev yoluna davam edib.
Gülnar qohumunun dayanmayacağını görüb Göygöl rayonundakı kəndlərdən birinin ərazisində özünü avtomobildən yerə atıb. Nəticədə o, qapalı kəllə-beyin travması alaraq huşunu itirib. Y.Əliyev onu xəstəxanaya çatdırandan sonra ərazidən uzaqlaşıb.//Qafqazinfo

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma