"800 hektar itirdik, indi də Tavuşda..." - Ermənistanda itkilərə görə ETİRAZLAR BAŞLANDI
Tovuz döyüşlərində itkilərini gizlədən Ermənistanda narazılıq yaşanır.
Publika.az xəbər verir ki, buna səbəb öldürülən erməni hərbçilərin ailələrinə yardımın edilməməsidir.
Sosial şəbəkələrin erməni seqmentində bu məsələ ətrafında iki qrup var: bir qrup keçmiş müdafiə naziri Viqen Sarkisyanın dövründə yaradılan və orduya dəstək məqsədilə hər kəsdən toplanan 1000 dramın yığıldığı fondun ölən və yaralanan hərbçilərə maliyyə yardımı ayırmasını tələb edir, hakimiyyətə yaxın digər qrup isə buna qarşı çıxır və bildirirlər ki, "bizim mübarizəmiz var".
Erməni fəal Marine Manuçaryan Feysbuk səhifəsində bu haqda yazır: "Son döyüşlərdə öldürülən və yaralanan hərbçilərin ailələrinə kompensasiyasının verilməsinə qarşı çıxırlar. Burada deyərlər ki, 29 ildir respublikamız var, həmişə qaraçı olmusunuz və qaraçı olaraq qalacaqsınız".
Manuçaryan daha sonra "aprel müharibəsi"ndə Azərbaycanın əraziləri azad etməsini xatırladaraq, Paşinyana yaxın qrupları tənqid edir.
"Buna inanmayacaqsınız, amma 800 hektar (əslində 2000 hektar ərazi azad olunub-red) itirildikdən sonra Jirayr Sefilyan Tavuş xəttində irəli getmək istəyir", - erməni fəal yazır.
Qeyd edək ki, erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu işğalçı ölkənin yüzlərlə hərbiçinin və çoxsaylı texnikasının məhv edilməsi ilə nəticələndi.
Asif

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
ABŞ bu ölkədə silah anbarı tikir
SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ
SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi
Delikanlı'nın bitmə səbəbi bilindi
Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir