85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: "Anası oğlunun tabutu qarşısında qurban kəsdi" - FOTO

85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: "Anası oğlunun tabutu qarşısında qurban kəsdi" - FOTO85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: "Anası oğlunun tabutu qarşısında qurban kəsdi" - FOTO
44 günlük Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biri də 32 yaşlı Kəlbiyev Telman Yadigar oğludur.
Qəhrəman gizirimiz Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.
Ailədə səkkiz uşaq olublar. Yeddi bacının qəhrəman qardaşı olan Telman ömrünü vətəninə həsr edən hərbçilərdən olub.
Şəmkirdə N saylı hərbi hissəfə gizir olan Telman Kəlbiyev müharibənin ilk günlərindən ön cəbhədə olub. Gizirimiz general-mayor Polad Həşimovun seçdiyi cəsur hərbçilərdən biri olub.
Bu barədə Oxu.Az-ın əməkdaşı ilə söhbətində şəhid gizirin həyat yoldaşı Günay Kəlbiyeva məlumat verib.
O deyir ki, Telman peşəkar hərbçi, qayğıkeş ailə başçısı olub:
"Müharibə başlayanda Şəmkirdən gedən hərbçilərdən olub. Döyüşdə həmlə bölüyünün kamandiri olub. Sentyabrın 27-si döyüşə girdiklərini bilirəm. İlk olaraq Murovdağ yüksəkliyinin azad olunması istiqamətində gedən döyüşdə iştirak edib. Yüksəkliyi qısa zamanda düşməndən azad edib, ayın 30-u Kəlbəcər istiqamətinə gediblər. Telman 71 nəfərlik heyəti olan dəstəsi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün irəli gedib".
Şəhidimiz ilk olaraq Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanır:
85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: "Anası oğlunun tabutu qarşısında qurban kəsdi" - FOTO"Döyüşdə ilk yarasını orada alıb. Döyüş yoldaşları dedi ki, sağ ayağından qəlpə yarası alıb. Ona deyilib ki, belə getmə, qayıt. Amma Telman onların təkidinə baxmayaraq, döyüşə davam edib. Oktyabrın ikisi onların mövqeləri düşmən tərəfindən atəşə tutulub. Minaatan mərmisi hərbçilərin yaxınlığına düşüb və Telman ayaqlarından ağır yaralanıb. Elə döyüş meydanında digər silah yoldaşları ilə birlikdə şəhid olub".
"Köməyə gələn əsgər yoldaşını şəhid olmasın deyə qovub"
32 yaşlı şəhidin yoldaşı deyir ki, son dəfə Telman Kəlbiyevlə senytabrın 30-da danışıb:
"Son dəfə danışanda dedi ki, Murovdağdan qayıtmışıq. Çox çətin döyüş getdi, indi səsimi eşidirsəsə, bu möcüzədir yəni. O bilirdi ki, getdiyi yolun dönüşü olmaya bilər. Ən çox övladlarına görə nigaran idi. Dedi qayıtsam hər şey yaxşı olacaq, amma qayıtmasam, uşaqlara yaxşı bax. Biz Telmandan 67 günə yaxın xəbər ala bilmədik. Hərbçi yoldaşları ilə əlaqə saxlamağa çalışdıq. Çünki hospitallarda, nazirlikdə Telmanın adı nə yaralı, nə ölənlər sırasında çəkilmirdi. Nəhayət döyüş yoldaşları ilə danışanda bildik ki, itkin düşməyib, şəhid olub...
85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: "Anası oğlunun tabutu qarşısında qurban kəsdi" - FOTOOnların dəstəsindən olan iki hərbçi bizə gəlmişdi, Telman barədə bizə danışdılar. İkinci dəfə minaatan mərmisinin partlaması nəticəsində Telmanın sağ ayağı ombadan sınıb, sol ayağı isə dizdən aşağı parçalanıb. Əsgər yoldaşı onu dartıb döyüş meydanından çıxarmaq istəyib, amma Telman vəziyyətin gərgin olduğunu görüb, qoymayıb. O da şəhid olmasın deyə, əsgər yoldaşına "get, şəhid olacaqsan yoxsa!" deyərək, qovub.
Döyüş yoldaşı ona qulaq asmayıb, kömək gətirməyə gedib. O da yaralandığı üçün hospitala aparıblar. Telmangil isə döyüş meydanında qalıblar. Atışma sakitləşəndən sonra şəhidlərin nəşini götürmək mümkün olub".
"Anası 85 gündən sonra Telmanın nəşi qarşısında qurban kəsdi".
85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: "Anası oğlunun tabutu qarşısında qurban kəsdi" - FOTOG.Kəlbiyeva həyat yoldaşının doğulduğu rayonda torpağa tapşırıldığını deyir:
"Biz çox ümid edirdik ki, o sağ-salamat qayıdacaq. Amma qismət belə imiş. 85 gündən sonra Telmanın nəşini bizə gətirdilər. Ailəsinin son beşiyi, yeddi bacının bir oğlunu anası qurbanla qarşıladı. Anası Telmanın tabutu önündə qurban kəsib gəlişinə şükür etdi. İki övladımız Elcan və Səid hələ də atalarını axtarırlar. Telman Kəlbiyev Neftçalada Şəhidlər Xiyabanında dəfn olunub".
85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: "Anası oğlunun tabutu qarşısında qurban kəsdi" - FOTOŞəhidimizin Vətənə əmanət iki oğul övladı qalıb.
85 gündən sonra nəşi gətirilən şəhidin həyat yoldaşı: "Anası oğlunun tabutu qarşısında qurban kəsdi" - FOTOAllah rəhmət eləsin!
Könül Cəfərli

Sosial       Tarix: 02 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az sonxabar bugünkü son xəbərlər valyuta mezennesi banklar