9-cu sinif şagirdi vəfat etdi - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Mübariz İbrahimov adına liseyin 9- cu sinif şagirdi Əmirli Nuray Üzeyir qızı xəstəlikdən vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə məktəbin rəsmi sosial media hesabında paylaşım edilib.
"Təəssüflər olsun ki, bir neçə sosial şəbəkə istifadəçiləri və saytlar vəfat edən şagirdimizlə ad soyad oxşarlığı olan digər səhhətində problem olan şagirdi səhv salıblar. Və paylaşımlarda həmin şagird haqqında məlumatlar verilib və foto, videosu paylaşılıb.
Bir daha mətbuat nümayəndələrindən xahiş edirik ki, hər hansı bir məlumat verən zaman rəsmi məlumatlara istinad etsinlər.
Vəfat edən şagirdimizə Allahdan rəhmət, xəstəlikdən əziyyət çəkən və müalicəsi davam edən Nuraya isə şəfa diləyirik.
Qeyd edək ki, Nuray Əmirli Cəlilabad rayonunun Hacıcavad kəndində dəfn olunub", – məlumatda deyilir.
17:26
Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi Nuray Əmirli vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə liseydən məlumat verilib.
"Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Zəka qızı Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik", – məlumatda bildirilib.
Qeyd edək ki, N.Əmirli leykoz xəstəliyindən əziyyət çəkirdi. Onun ilik nəqli üçün 70 min dollar (120 min manat) məbləğ lazım idi. Telekanallardan birində keçirilən yardım kampaniyası keçirilərək 500 min manat toplanmışdı.
Xidmetler [newsid: 0-123300]

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb