ABB də komissiyasız nağdlaşdırma və köçürmə limitini azaltdı - SƏBƏB BUDUR

ABB də komissiyasız nağdlaşdırma və köçürmə limitini azaltdı - SƏBƏB BUDURArtıq Azərbaycan Beynəlxalq Bankı (ABB) da "Tamkart" sahibləri üçün komissiyasız nağdlaşdırma və köçürmə limitini azaldıb. Əvvəllər ayda 7000 manat olan limit bundan sonra 3000 manat olacaq. Maraqlıdır, Azərbaycan Beynəlxalq Bankı (ABB) da "Tamkart"-ın nağdlaşdırma limitini azaltmasının əsas səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, müştərilər bu məbləğdən artıq vəsait çıxardıqda və ya köçürdükdə əlavə komissiya ödəyəcəklər. Bankın belə addım atmasının bir neçə səbəbi var:
ABB də komissiyasız nağdlaşdırma və köçürmə limitini azaltdı - SƏBƏB BUDUR"Cashback"lərin azaldılması kimi bu da bankın xərclərinə bağlıdır. Bankomatların qurulması, onların işlək vəziyyətdə saxlanması, pulun yerləşdirilməsi və təhlükəsizliyin təminatı bank üçün pulsuz deyil. Mərkəzi Bankdan lazım olduqda vəsait alınır və bu əməliyyatlarda da cüzi komissiya mövcuddur. Bundan əlavə, işçi saxlanılması, sistemin idarə olunması və təhlükəsizlik xərcləri də var."
Ekspertin sözlərinə görə, limitin azalması müştərilərin pul çıxarma imkanlarını tam məhdudlaşdırmır, sadəcə komissiyasız məbləği azaldır:
"Əgər vətəndaşın bankda 100 min manatı varsa, çəkə bilər, amma müəyyən hissədən sonra komissiya ödəyəcək. Banklar əvvəllər müştəriləri cəlb etmək üçün yüksək limitlər və güzəştlər tətbiq edirdilər. İndi kifayət qədər müştəri topladıqdan sonra bu imkanları daraldaraq xərcləri azaltmağa və gəlirlərini artırmağa çalışırlar. Həmçinin, bank istəmir ki, müştəri pulu rahat şəkildə çıxarsın. Pulun bankda qalması onlar üçün sərfəlidir, çünki həmin vəsaitdən istifadə edirlər."
Beləliklə, yeni limit müştərilərin gündəlik maliyyə davranışına təsir edərək, ya daha planlı pul idarəsini təşviq edəcək, ya da büdcə planlamasında çətinlik yaradacaq. Bankların əsas məqsədi isə həm əməliyyat xərclərini azaltmaq, həm də vəsaitlərin bank sistemində daha uzun müddət qalmasını təmin etməkdir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 15 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun xeberler azerbaycan cebheden xeber xəbərlər.com