ABB-nin şəhidlər haqda açdığı sayt işləmir - FOTO

ABB-nin şəhidlər haqda açdığı sayt işləmir - FOTOABB-nin 27 sentyabr Azərbaycan Respublikasında Anım gününə həsr olunmuş sosial məsuliyyət yadedirik.az layihəsi faəliyyətini dayandırıb. Belə ki, sayta daxil olmaq mümkün deyil.
azxeber.com xəbər verir ki, bu haqda tanınmış ekspert Cahid İsmayıloğlu məlumat verib.
O şəhidlər ilə bağlı sayta daxil olmağın mümkün olmadığını deyib:
"2021-ci ildə yaradılmış bu veb-sayt artıq fəaliyyətini dayandırıb. Bəlkə də yaddan çıxıb: www.yadedirik.az
Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Unutmayaq ki, onlar ən ali qürur mənbəyimizdir".
ABB-nin şəhidlər haqda açdığı sayt işləmir - FOTOQeyd edək ki, ABB yadedirik.az portalını 27 sentyabr 2021-ci ildə istifadəyə vermişdi. Həmin vaxt bank yaydığı press-relizdə saytın genişlənəcəyi bildirmişdi: 
"Növbəti mərhələlərdə portalda Birinci Qarabağ müharibəsi və 20 Yanvar şəhidləri haqqında məlumatların toplanması da nəzərdə tutulur. Layihənin davamında sənədli materiallar əsasında burada şəhidlərimiz haqqında daha geniş məlumatlar, tarixi oçerklər də yerləşdiriləcək. Beləliklə, portalı şəhidlərimiz barədə ətraflı materiallarla zəngin, hər kəs üçün əlçatan məlumat bazasına çevriləcək".
Ancaq görünən odur ki, bu iş davam etdirilməyib və hazırda yadedirik.az saytına daxil olmaq mümkün deyil.
Mövzunu diqqətdə saxlayacağıq.
12.06
azxeber.com problemin nədən ibarət olduğunu öyrənmək üçün ABB-nin Marketinq departamentinin Korporativ kommunikasiya şöbəsinin müdiri Yedgar Cəfərov ilə əlaqə saxlayıb.
O bildirib ki, problemdən xəbərdardırlar: "Müvəqqəti texniki problemdir, qısa zamanda aradan qaldırılacaq".

İqtisadiyyat       Tarix: 04 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler xeberler az sonxeber az maliyye xeberler bugun