Abbas Abbasov BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında bəyanatla çıxış etdi

Abbas Abbasov BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında bəyanatla çıxış etdiBMT-nin Cenevrə ofisində təşkilatın İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası davam edir.
KONKRET.az xəbər verir ki, sessiya çərçivəsində bir sıra ölkələrin, habelə Fransanın Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə əlaqədar ölkə hesabatı dinləniləcək.
Qeyd edək ki, Pakta əsasən sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmətlə yanaşmalıdırlar.
Məlum olduğu kimi, hazırda iyrənc kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında Fransa gedir.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat təqdim edib. Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib.
Fransanın milli hesabatından bir gün öncə, oktyabrın 21-də İnsan Hüquqları Komitəsində maraqlı tərəflər üçün iclas keçirilib. İclasda Bakı Təşəbbüs Qrupu və təşkilatın xətti ilə Yeni Kaledoniya və Fransız Polineziyasının nümayəndə heyəti iştirak edib. BTQ-nin icraçı direktoru Abbas Abbasov komitədə bəyanat səsləndirib.
Bəyanatda A.Abbasov Yeni Kaledoniyada Fransa tərəfindən keçirilmiş qeyri-qanuni referendumu qınayıb, Fransanın burada zorla seçki məcəlləsinə konstitusional dəyişiklik etmək istəyini pisləyib. Kanak xalqının etirazına səbəb olmuş Fransanın bu addımı nəticəsində Yeni Kaledoniyada 10-dan çox adamın həlak olduğunu, 400-ə yaxın insanın yaralandığını vurğulayıb.
Bundan əlavə, A.Abbasov Fransanın Polineziyada keçirtdiyi nüvə sınaqlarına görə yerli xalqın sağlamlığına ciddi ziyan dəydiyini diqqətə çatdırıb. Fransız Polineziyası xalqının müstəqillik arzusunda olduğu, Fransanın buna müqavimətinin BMT-nin 67/265 nömrəli qətnaməsinin icrasına maneçilik törətdiyi bildirilib.
A.Abbasov Fransanın əsarəti altında olan digər ərazilərdəki tarixi ədalətsizlik, iqtisadi çətinliklər və suverenliyin çatışmazlığı barədə də söhbət açıb.
O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri və hazırda "Troyka" üzvü kimi kolonializmə qarşı mübarizə sahəsində beynəlxalq platformalarda apardığı iş haqqında ətraflı məlumat verib.
A.Abbasov Yeni Kaledoniyada BMT-nin nəzarəti altında yeni referendumun keçirilməsinə, Fransanın bu ölkədən hərbi qüvvələrini çıxartmağa və BMT-nin Xüsusi Dekolonizasiya Komitəsi tərəfindən buradakı vəziyyəti qiymətləndirməyə çağırış edib.
O, eyni zamanda, nüvə sınaqlarına görə Fransız Polineziyasına Fransa tərəfindən kompensasiyanın ödənilməsini tələb edib, Yeni Kaledoniya və Fransız Polineziyası xalqlarının öz müqəddəratını təyinetmə hüququnu tanımağa çağırış edib. BMT-nin bu prosesə nəzarət etməsinin labüdlüyünü vurğulayıb.

Siyasi       Tarix: 21 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır". Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər 2026 kriminal xeberler krimnal bugun bugunun xeberleri