ABŞ 8 ölkədəki hərbi attaşelərini geri çağırdı
ABŞ Müdafiə Nazirliyi bir çox ölkədəki hərbi attaşelərini geri çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, ABŞ Türkiyə, İngiltərə, Səudiyyə Ərəbistanı, Misir, Pakistan, BƏƏ, Küveyt və İraq kimi yaxın müttəfiqlərindəki diplomatik nümayəndəliklərinə daha aşağı rütbəli hərbçilər təyin edəcək.
Qəzetin Pentaqondakı mənbələrinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Mark Esper 24 avqustda bu barədə qərar imzalayıb. Mənbələr Pentaqonun Qana və Ekvador Qvineyası da daxil olmaqla, bir çox Qərbi Afrika ölkələrindəki attaşelərini geri çağırdığını qeyd edib.
Qərar geosiyasi arenada Rusiya və Çinlə mübarizəyə dair qaynaqların yenidən paylanması və ABŞ ordusundakı general və admiralların sayı ilə bağlı ABŞ Konqresi tərəfindən gətirilən məhdudiyyətlərə riayət olunması çərçivəsində qəbul edilib.
2022-ci ilin dekabr ayına qədər ABŞ ordusundakı general və admiral sayında 110 vahid azalma nəzərdə tutulub.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək