ABŞ-a görə Yaqub Məmmədovu niyə söyürlər? – Maraqlı MƏNZƏRƏ + ÖZƏL

ABŞ-a görə Yaqub Məmmədovu niyə söyürlər? – Maraqlı MƏNZƏRƏ + ÖZƏLDeyirlər ki, "Vətənpərvərlik əclafların son sığınacağıdır".
Doğrudan da, zaman göstərir ki, vətənpərvərlikdən daha çox və bağıra-bağıra danışanlar sonda ya oğru çıxır, ya da ki satqın. Məsələn, Rusiyanın Solovyov, Skabaayeva, Sobçak, Qalkin və digər tanınmış simaları ömrü boyu vətənpərvərlikdən, Rusiyanın maraqlarından və hədəflərindən tamaşaçılara moizə oxuyublar. Lakin Ukrayna-Rusiya münaqişəsi başlayan kimi ölkədən ilk qaçanlar da, Putinin əleyhinə ilk danışanlar da onlar oldu.
Mən yazıma Rusiyadan başlasam da, onlarla işim yoxdur. Məramım öz "vətənpərvərlərimiz" barədə bir neçə kəlmə deməkdir. Ukrayna –Rusiya münaqişəsi hazırda bizim də gündəmimizi zəbt edib. Danışılan üç mövzudan birincisi bu münaqişədir. Qəribə burasıdır ki, danışanların çoxu da Rusiyanı və Putini lənətləyir. Bir qrup adam nəinki Rusiyaya qarşı nifrin tökür, üstəlik Rusiya barəsində obyektiv fikir söyləyəni də az qalırlar "xalq düşməni" çıxartsınlar.
Qəribə burasıdır ki, bu adamlar nəinki son 30 ildə, heç 44 günlük müharibə dövründə də Rusiya barədə belə odlu-alovlu danışmırdılar. Fikrimi gücləndirmək üçün bir faktı da yada salacağam. Bir müddət əvvəl xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadə Rusiya və ruslar haqqında kəskin fikirlər söyləmişdi. O zaman bu gün Rusiyanı lənətləyən adamların heç biri İsfəndiyar bəylə həmfikir olmadı. Əksinə, bir çoxları, hətta bəzi millət vəkilləri Vahabzadənin inzibati məsuliyyətə cəlb edilməsini müvafiq qurumlardan tələb edirdilər. Həmin günlərdə bir nəfər də olsun çıxıb demədi ki, "ay qardaşlar, ay bacılar. Bu fikirlər İsfəndiyar Vahabzadənin şəxsi qənaətidir. Səhv, ya düz, o, məsələni bu cür görür. İnsanları fikirlərinə görə, mühakimə etmək olmaz. Çünki Ana Qanunumuzda vətəndaşlarımıza fikir azadlığı tanınıb". Di gəl ki, heç kim o zaman Vahabzadəni müdafiə etmədi. Əksinə, onu daşqalaq etdilər.
İndi də bir qrup adam düşüb meydana. Ukrayna –Rusiya münaqişəsi haqqında obyektiv fikir söyləyən hər kəsi sosial şəbəkələrdə və mətbuatda linc edirlər. Məsələn, bir neçə gün əvvəl sabiq spiker Yaqub Məmmədov dedi ki, bu münaqişədə günahkar "Rusiya deyil, ABŞ-dır". Vəssalam…
Həmin qaragüruh düşdü Yaqub Məmmədovun üstünə. Kimi ona "satqın" damğası vurdu, kimi "xalq düşməni" dedi, kimi isə də ona "rusun adamı" söylədi. Məsələn, tanınmış hüquqşünas Aslan İsmayılov hətta çıxıb dedi ki, "mən bu günə qədər Yaqub Məmmədov haqqında dediyim xoş sözlərə görə üzr istəyirəm, bu yaxınlarda onu yubileyi münasibəti ilə təbrik etdiyimə görə çox peşmanam".
Axı Yaqub Məmmədov Azərbaycan dövlətinin milli maraqlarına tuş gəlməyən və yaxud xalqımızın heysiyyatına toxunan nə demişdi ki, bu qədər adam ayağa qalxıb onu linç edirdi?!
Bəli, Yaqub Məmmədov həqiqəti söyləmişdi. Bu gün ortada olan nəticədir. Yəni Rusiya Ukraynaya təcavüz edib, ərazilərini nəzarətə götürür, etiraz edənləri də "qılıncdan keçirir". Təbii ki, hər birimiz rusların işğalçılıq siyasətini pisləyirik və günahsız insanların ölümü üçün Kreml Adminstrasiyasını lənətləyirik. Lakin bu münaqişə nəticədir. Səbəb isə başqadır. ABŞ-ın göstərişi ilə NATO Şərqə doğru genişlənmək siyasəti həyata keçirir. Hədəf də odur ki, ABŞ NATO-nun əli iıə əvvəl Rusiyanı, sonrada Çini məhv eləsin və dünyanın tək ağası olsun. Bu sadə məntiqi bilən Rusiya hakimiyyəti bəyan etdi ki, Rusiya NATO-nun Şərqə genişlənməsinə imkan verməyəcək. Hansısa qonşu dövlət NATO-ya bu məsələdə yardımçı olsa, qarşısında Rusiyanı görəcək.
İndi Ukrayna iqtidarı da deyir ki, "nəyin bahasına olursa-olsun, biz NATO-ya üzv olacağıq". Dolayısı ilə Ukraynanın bu istəyi Rusiyanın məhvinə və ABŞ-ın strateji maraqlarına xidmət edir. Ona görə də, ədalət naminə deməliyik ki, Putin Rusiyanı məhv olmaqdan qorumaq üçün hərəkətə keçdi. Dəfələrlə Ukrayna və Gürcüstan hakimiyyətinə xəbərdarlıq etdi ki, "mənim düşmənlərimi mənim sərhədlərimə gətirməyin". Lakin nə Ukrayna, nə də Gürcüstan Rusiyanın çağırışlarını eşitdi, ABŞ və Qərbin yağlı vədlərinə inanaraq NATO-ya üzvülük eşqinə düşdülər.
Nəticə nə oldu?
O oldu ki, Rusiya 2008-ci ildə Gürcüstanın 20 faiz ərazisini işğal etdi. 2014-cü ildə isə Krımı işğal etdi, Donbas və Luqanskda separatizmi dəstəklədi. Rusiya haqq-nahaq 8 il gözlədi ki, Ukrayna və Gürcüstan NATO sevdasından əl çəksin. Lakin Ukrayna və Gürcüstan dedi ki, "ölsəm torpağınam, qalsam, ABŞ və Qərbin".
Ona görə də, Rusiya Ukraynaya təcavüz etdi. Səhv elədi, düz elədi, bu, başqa məsələdir. Yəni məsələyə hansı prizmadan baxmaqdan çox şey asılıdır. Lakin ədalət naminə deməliyik ki, bu münaqişənin səbəbkarı ABŞ və bəzi Qərb dövlətləridir. Bu dövlətlər Ukrayna dövlətinin və xalqının gələcəyini və maraqlarını nəzərə almadan onu qurbanlıq quzu kimi Rusiyanın qarşısına atdı. Məqsəd də odur ki, bu münaqişə sayəsində Rusiya zəifləsin, ölkə daxilində narazılıq artsın və nəhayətində Rusiya dövləti dağılsın. Hörmətli Yaqub Məmmədov da bunu deyir də… Bəs onda həqiqəti deyəni niyə linç edirik?!
Surxay Atakişiyev,
KONKRET.az

Siyasi       Tarix: 08 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar son xeber az sonxəbər xəbər az