ABŞ azı 50 min əfqan qaçqını qəbul edə bilər
Birləşmiş Ştatlar Əfqanıstandan təxliyə olunmuş qaçqınların ölkəyə yerləşdirilməsi proqramını genişləndirərək minimum 50 min nəfərə çatdırmaq niyyətindədir.
Publika.az Amerika telekanallarına istinadla xəbər verir ki, bunu ABŞ silahlı qüvvələrinin Şimal komandanlığının başçısı general Qlen Van Xyerk bu gün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə müvafiq plan üzərində iş gedir və hazırda həmin rəqəm 25,6 min nəfər təşkil edir. General əlavə edib ki, təxliyə olunan bütün qaçqınlara yaşayış yeri, ərzaq, tibbi yardım təqdim olunur.
ABŞ Kabildən mülki şəxslərin və öz hərbi missiyasının təxliyəsini avqustun 30-da yekunlaşdırıb. Bununla da 11 sentyabr terror aktlarına cavab olaraq 2001-ci ilin oktyabrında başlamış "Sarsılmaz azadlıq" əməliyyatına son verilib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək