ABŞ BƏƏ-yə "F-35"lərin tədarükünü təxirə saldı - SƏBƏB
ABŞ Prezidenti Co Bayden administrasiyası gizli texnologiyaların Çinə ötürülməsi riskinin yüksək olduğu üçün BƏƏ-yə "F-35″lərin satışı ilə bağlı danışıqları daha sonrakı tarixə təxirə salmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə "Financial Times" öz mənbələrinə istinadən yazır.
Qeyd edək ki, 50-yə qədər "F-35" qırıcısının satışı üzrə danışıqlar Donald Trampın prezidentliyi illərində ABŞ tərəfindən aktiv şəkildə aparılıb. 2020-ci ildə Dövlət Departamenti Konqresə BƏƏ-yə mümkün qırıcı təyyarələrin çatdırılması barədə məlumat verib, lakin o vaxt sövdələşməni yekunlaşdırmaq mümkün olmayıb.
Xatırladaq ki, "F-35″ləri Amerikanın hərbi sənaye şirkəti "Lockheed Martin" istehsal edir. Onların istehsalına 2011-ci ildə başlanılıb. Döyüş təyyarələri ABŞ, Böyük Britaniya, Norveç, Danimarka, İtaliya, Polşa, Niderland, Avstraliya, Yaponiya, Cənubi Koreya və İsrailin silahlı qüvvələrində istismar edilir. Döyüş şəraitində ilk dəfə olaraq "F-35" İsrail tərəfindən 2018-ci ilin may ayında Suriyada istifadə edilib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi