ABŞ Belqrad və Priştinanı dərhal gərginliyi azaltmağa çağırdı
ABŞ Serbiyanın və Kosovonun rəhbərliklərini bölgədə vəziyyətin gərginliyini azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Belqrad və Priştinadakı səfirliklərinin dərc olunmuş birgə bəyanatında deyilib.
"Biz hər kəsi maksimum təmkinlik nümayiş etdirməyə, gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırırıq. Biz tərəfləri narahat edən məsələlərin həlli üçün Aİ-nin köməyi ilə dialoq yolu ilə işləməyə çağırırıq", – bəyanatda qeyd olunub.
Diplomatik nümayəndəliklər həmçinin vurğulayıblar ki, onlar qurulan barrikadaların tezliklə sökülməsinə ümid edirlər:
"Qanunsuz yol blokpostlarını quranlar dərhal onları sökməlidirlər. Biz bütün zorakılıq və hədə-qorxu təhdidlərinə son qoyulacağını gözləyirik".

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı