ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görüldü - FOTO

ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görüldü - FOTOABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görüldü - FOTO
ABŞ-ın Merilend ştatının "Crofton" məktəbində təhsil alan həmyerlimiz, 14 yaşlı Xədicə İbrahimova təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə "Outstanding Academic Excellence" mükafatına layiq görülüb.
Xədicənin atası İmamverdi İbrahimov "Report"a müsahibəsində bildirib ki, qızı hələ kiçik yaşlarında xüsusi istedadı ilə həmyaşıdlarından fərqlənib və təhsil aldığı məktəbdə bu günə qədər müxtəlif fənlər üzrə uğurlarına görə 40-dan çox mükafat alıb:
"Həyat yoldaşım da, mən də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişik. 2005-ci ildən ABŞ-da yaşayırıq. İki övladım var - Xədicə və Dəniz. Xədicə 2006-cı ildə Vircinyada doğulub. Hazırda doqquzuncu sinif şagirdidir. Dəniz isə birinci sinfə gedir.
Xədicə hələ beş yaşından məktəbdə oxumağa başladı. Hazırda riyaziyyat və ingilis dili üzrə xüsusi istedadlı uşaqlardan ibarət proqram üzrə təhsil alır".
O qeyd edib ki, ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdlər üçün müəyyən olunmuş mükafat Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında verilir:
"Sevinirəm ki, övladım məhdud sayda şagirdin layiq görüldüyü ABŞ Prezidentinin mükafatını aldı. Mükafat Xədicəyə Prezident Trampın və Təhsil nazirinin adından təqdim edildi. Xədicə bu günə qədər məktəbdə müxtəlif nominasiyalar üzrə onlarla mükafata layiq görülüb. Ancaq Donald Trampın imzası ilə verilən bu mükafat onun bütün təhsil uğurlarının zirvəsi oldu".
Məktəbin direktoru bu münasibətlə ailəyə zəng edərək onları təbrik edib:
"Onlar bu naliyyətə bizim qədər sevinirlər. Çünki Xədicənin uğuru onun təhsil aldığı məktəbin də nailiyyətidir".
İmamverdi İbrahimov deyib ki, Xədicə ABŞ-da doğulsa da, Azərbaycan dilini mükəmməl bilir və arzusu Qarabağa getməkdir:
"Biz evdə Azərbaycan dilində danışırıq. Çalışıram ki, övladlarım vətənpərvər ruhda böyüsünlər, düşmənləri, dostları yaxşı tanısınlar.
Övladlarım Azərbaycanın dünəni, bu günü, tarixi haqda məlumatlıdılar. 44 günlük Vətən Müharibəsində mənə Qarabağ haqqında çox suallar verdilər və onları məlumatlandırdım".
ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görüldü - FOTO

Sosial       Tarix: 02 yanvar 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az sonxabar bugünkü son xəbərlər valyuta mezennesi banklar