ABŞ-da mövqelərin qütbləşməsi vətəndaş müharibəsinə səbəb ola bilər
ABŞ-da prezident seçkiləri fonunda müşahidə olunan mövqelərin qütbləşməsi vətəndaş müharibəsinə səbəb ola bilər.
KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə 19fortyfive qəzeti yazır.
"Amerikalıların əziz tutduqları demokratiya təhlükə qarşısında olduqda, bu, genişmiqyaslı münaqişə üçün siqnal ola bilər", – qəzetdə dərc edilən yazıda bildirilir.
Ağ Evin keçmiş və indiki rəhbəri Donald Tramp və Co Bayden arasında baş verənlər ştatlarda görünməmiş gərginliyə səbəb olur. Müəllif qeyd edir ki, Trampa qarşı qaldırılan bir sıra cinayət işlərindən sonra o, artıq reytinqlərdə bərabərləşdiyi əsas rəqibi Baydeni açıq şəkildə hədələyir.
Müəllifin fikirlərinə görə, Tramp və Baydenin təmsil etdiyi respublikaçılar və demokratlar arasında sərt qarşıdurma ABŞ-ı vətəndaş müharibəsi astanasına gətirib.
Bundan əvvəl Gallup İctimai Rəy İnstitutu Baydenin demokratlar arasında reytinqinin rekord səviyyədə aşağı düşdüyünü bildirmişdi.
EADaily portalının məlumatına görə, Baydenin işinin ictimaiyyət tərəfindən bəyənilmə dərəcəsi də aşağı düşür: prezidentin reytinqi bir ay ərzində 41%-dən rekord minimuma – 37%-ə düşüb.
Ariz Həsənoğlu,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ