ABŞ-da "Vyetnam sindromu": İranla müharibə cəmiyyəti ikiyə böldü

ABŞ-da "The Washington Post" nəşri tərəfindən aparılan rəy sorğuları göstərir ki, ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatlar Amerika cəmiyyətində Vyetnam müharibəsi qədər qeyri-populyardır. Sorğu nəticələrinə əsasən, ölkə daxilində müharibəyə qarşı narazılıq dalğası getdikcə güclənir.
KONKRET.az xəbər verir ki, rəyi soruşulanların 61%-i İrana qarşı hərbi əməliyyatların başladılmasını böyük səhv hesab edir. Respondentlərin 56%-i isə əmindir ki, Vaşinqton bu addımı ilə müttəfiqlərinin gözündə öz nüfuzunu tamamilə itirib. Hazırda müharibəni dəstəkləyənlərin payı cəmi 20% təşkil edir ki, bu qrupun əsasını da "qatı respublikaçılar" formalaşdırır. Sosioloqlar qeyd edirlər ki, buna bənzər kəskin mənfi göstəricilər sonuncu dəfə məhz Vyetnam müharibəsi dövründə qeydə alınıb.
Maraqlıdır ki, hər iki müharibədəki itkilərin sayı arasında kəskin fərq var. Vyetnamda 50 min hərbçisini itirən ABŞ, İranla döyüşlərdə indiyədək cəmi 13 əsgər itirib. Buna baxmayaraq, xalqın narazılığı kifayət qədər yüksəkdir. Ekspertlər xəbərdarlıq edirlər ki, əgər atəşkəs pozulsa və hərbi əməliyyatlar bərpa olunsa, artan itkilər fonunda Vaşinqton idarəolunmaz ictimai etirazlarla üz-üzə qala bilər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 03 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler en sonxeber en son xeberler bu gun kriminal bugun