ABŞ-da Xocalı həqiqətlərini əks etdirən avtomobil küçələrdə hərəkət edəcək
ABŞ-da Xocalı həqiqətlərini əks etdirən avtomobil küçələrdə hərəkət edəcək
"Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində üzərində faciəyə dair faktları əks etdirən rəqəmsal plakatlı xüsusi avtomobil küçələrdə hərəkət edir.
Bu barədə "Report"a ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib.
O bildirib ki, layihə ACMA-nın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Rəqəmsal plakatlarda Xocalıda ermənilərin törətdiyi qanlı cinayətlər haqqında məlumatlar və həmin tarixin şəkilləri nümayiş olunur.
F.Məmmədovun sözlərinə görə, xüsusi maşın fevral ayının 25-dən 27-nə kimi şəhərdə insanların sıx yaşadığı yerlərdən, mərkəzi küçələrdən və meydanlardan keçəcək və ABŞ ictimaiyyətini Xocalıda ermənilərin törətdiyi soyqırım haqqında məlumatlandıracaq. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR