ABŞ-dakı erməni lobbisi növbəti dəfə fiaskoya uğradı
ABŞ Konqresinin ermənipərəst millət vəkillərinin növbəti dəfə Azərbaycanı, habelə Türkiyəni hədəf alan qanun dəyişikliklərini qəbul etdirmək cəhdi nəticəsiz qalıb.
KONKRET.az xəbər verir ki, Konqresdə ermənipərəstlərin "ağır top"larından sayılan Frank Palloni jurnalistlərlə söhbəti zamanı prezident Cozef Baydenin "Azərbaycanı və Türkiyəni məsuliyyətə cəlb etməyi" nəzərdə tutan qanunu imzaladığını deyib. Lakin məlum olub ki, nə Azərbaycana hərbi yardımların dayandırılması, nə də 907-ci düzəlişə qoyulan müvəqqəti moratoriumun ləğv edilməsi kimi məsələlər sözügedən qanunda öz əksini tapmayıb.
Bunun əvəzində əhəmiyyətsiz, hər hansı konkret nəticə verməsi mümkün olmayan bəndi daxil edə biliblər: "Bu Qanun qüvvəyə mindikdən sonra 180 günədək müddət ərzində müdafiə katibi başqa federal departamentlər və idarələrin rəhbərləri ilə razılaşdırılaraq Azərbaycanla Ermənistan arasında 2020-ci ildəki münaqişəyə dair hesabatı Konqresin aidiyyəti komitələrinə təqdim etməlidir". Report

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı