ABŞ-dan prezidentin kortejinə edilən hücumla bağlı daha bir açıqlama
Vaşinqton polisi Azərbaycan Prezidenti İlham Əliyevin kortejinə edilən hücumla əlaqədar araşdırma aparır.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi Makheta Vatson bildirib.
"Polis departamenti hadisədən xəbərdardır. ABŞ Məxfi Xidməti ilə birlikdə hadisə yerinə baş çəkilib. Heç kim həbs olunmayıb", – deyə o bildirib.
Departament sözçüsü qeyd edib ki, iş ABŞ Məxfi Xidməti tərəfindən Dövlət Departamentinə göndərilib.
Xatırladaq ki, fevralın 19-da bir qrup şəxs Vaşinqtondakı "Waldorf Astoria" otelinin qarşısında təxribat xarakterli hərəkətlər edib. Hadisə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclasında iştirakı zamanı baş verib.
Prezidentin korteji otelə yaxınlaşarkən bir qrup şəxs mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin kortejinə hücum etməyə çalışıblar.
Prezidentin Mühafizə Xidməti təxribatın qarşısını alıb.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub