ABŞ-də bütün uçuşlar dayandırıldı - FOTO
ABŞ-də ölkə miqyasında bütün uçuşlar dayandırılıb. Buna Federal Aviasiya Administrasiyasının (FAA) kompüter sistemindəki nasazlığın səbəb olduğu bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə FAA-nın "Twitter" hesabında açıqlama verilib.
"Federal Aviasiya Administrasiyası hava missiyaları bildiriş sisteminin bərpası üzərində işləyir. İndi biz son yoxlamaları aparırıq, həmçinin sistemin yenidən yüklənməsini həyata keçiririk. Milli hava məkanı sistemindəki əməliyyatlarda problemlər yaranıb. Biz yeniliklər barədə tez-tez məlumat verəcəyik", – deyə məlumatda qeyd edilib.
Həmçinin bildirilib ki, bu gün (11 yanvar) ABŞ hava limanlarından ümumilikdə 21 464 uçuş planlaşdırılır.
Bu reyslərdə, demək olar ki, 2,9 milyon yer nəzərdə tutulub ki, bu da nasazlığın miqyasını göstərir.//Oxu.az
..




Turlar.az [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA