ABŞ-dən İrana "iqtisadi qəzəb": Çinə gedən tankerlər saxlanıla bilər
ABŞ rəhbərliyi İranın neft ixracını tamamilə məhdudlaşdırmaq üçün yeni və sərt addımlar atmağa hazırlaşır. Birləşmiş Ştatlar sanksiyalardan yan keçməyə çalışan, o cümlədən Çinə neft daşıyan İran tankerlərini dənizdə saxlamaq və geri qaytarmaq variantını istisna etmir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "ABC News" telekanalının efirində bəyanat verib. Diplomatın sözlərinə görə, Prezident Donald Tramp İranla yeni sazişə nail olmaq üçün hətta Uzaq Şərq və Sakit okean sularında belə İran gəmilərinə daxil olmağa (doqquzlamağa) və onları dayandırmağa göstəriş verib.
Uolts həmçinin bildirib ki, Maliyyə naziri Skott Bessent tərəfindən rəsmən elan edilən "İqtisadi Qəzəb" (Economic Fury) əməliyyatı çərçivəsində Tehran rejiminə qarşı "maksimum təzyiq" kampaniyası daha da intensivləşdiriləcək. Bu əməliyyat yalnız hərbi deyil, həm də İranın neft gəlirlərini tamamilə kəsməyə yönəlmiş əlavə iqtisadi məhdudiyyətləri nəzərdə tutur. Vaşinqtonun bu qətiyyətli mövqeyi regionda və qlobal neft bazarında gərginliyi pik həddə çatdırıb.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK