ABŞ-dən yeni SANKSİYA HƏDƏLƏRİ - Şimal-Cənub dəhlizi ilə bağlı

ABŞ-dən yeni SANKSİYA HƏDƏLƏRİ - Şimal-Cənub dəhlizi ilə bağlı</p> 
 <p>Daha əvvəl xəbər verildiyi kimi, mayın 13-də İran və Hindistan Çabahar limanının birgə fəaliyyəti ilə bağlı 10 illik müqavilə imzalayıb.
KONKRET.azxəbər verir ki, ABŞ Dövlət Departamenti dərhal bəyanat yayaraq, bu razılaşmanın sanksiyalara məruz qala biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Çabahar limanı İranın cənub-şərqində yerləşir. Dehli və Tehran limanın birgə inkişafı barədə 2003-cü ildə razılığa gəliblər, lakin sonradan İslam Respublikasına qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar layihə təxirə salınıb.
ABŞ-dən yeni SANKSİYA HƏDƏLƏRİ - Şimal-Cənub dəhlizi ilə bağlı</p> 
 <p>Müqavilənin imzalanma mərasimi
2016-cı ildə Hindistanın baş naziri Narendra Modi Tehrana səfəri zamanı Yeni Dehlinin liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətini açıqlamışdı. 2016-cı ilin mayında Hindistan limanda Şəhid Beheşti terminalının tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb.
Qeyd edək ki, gələcəkdə Çabaharın İran vasitəsilə Hindistanı Rusiya ilə birləşdirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə birləşdirilməsi planlaşdırılır. Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.
Müqavilənin şərtlərinə əsasən, "India Ports Global Limited" (IPGL) Çabahar limanına 120 milyon dollar sərmayə qoyacaq. "The Times of India" yazır ki, infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi üçün 250 milyon dollarlıq kredit xətti açılıb.
Rusiyanın Çabahar limanına birbaşa marşrutu açılır
İnvestisiya limanın dinamik regional ticarət tranzit mərkəzinə çevrilməsi üçün zəruri olan strateji avadanlıqların alınmasını və nəqliyyat imkanlarının genişləndirilməsini nəzərdə tutur. Nəşr qeyd edir ki, Hindistan limana 25 milyon dollar dəyərində altı mobil liman kranı (ikisi 140 tonluq və dördü 100 tonluq) və digər avadanlıqlar tədarük edib.
Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, Hindistan və İran arasında Çabahar limanının birgə istismarına dair razılaşma ABŞ-ın sanksiyalarından kənarda deyil.
"Biz bilirik ki, Hindistan və İran Çabahar limanı üçün 10 illik müqavilə imzalayıblar. ABŞ-ın İrana qarşı sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam edəcəyik. İranla iş görməyi düşünən hər kəs məruz qaldığı potensial riskdən, eləcə də sanksiyaların potensial riskindən xəbərdar olmalıdır".
ABŞ-dən yeni SANKSİYA HƏDƏLƏRİ - Şimal-Cənub dəhlizi ilə bağlı</p> 
 <p>Vedant Patel açıq şəkildə bildirdi: sanksiyalar!
Hindistanın bu razılaşma ilə bağlı ABŞ-ın mümkün sanksiyalarından azad olub-olmaması ilə bağlı suala Patel mənfi cavab verib. Eyni zamanda o, ABŞ-ın İranla müqavilə imzalayarkən Hindistanın xarici siyasət hədəflərini nəzərə alacağını açıq şəkildə bildirib.
Bununla belə, İran Hindistanla ticarət və yükdaşımaları genişləndirmək üçün Çabahar limanının birgə istismarına dair razılaşma ilə məhdudlaşmır.
İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş dünən Çabahar limanı üçün müqavilənin imzalanması mərasimi çərçivəsində deyib ki, yaxın gələcəkdə İran-Hindistan birgə gəmiçilik şirkəti yaradılacaq.
"Bizim dəmir yolu, avtomobil və dəniz infrastrukturunun inkişafı üçün müntəzəm planlarımız var və İranın müxtəlif sektorlarında tranzit artımı davam edir", – nazir qeyd edib.
Qeyd edək ki, son illər ərazisindən Şimal-Cənub nəqliyyat dəhlizinin qollarından birinin keçdiyi Rusiya Xəzər dənizi üzərindən İran limanlarına yükdaşımalarını kəskin şəkildə artırıb.
Bundan başqa, Rusiya İran və Azərbaycan dəmir yollarını birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi üçün 1,2 milyard dollar kredit ayırmağa hazırdır.
Hazırda tərəflər layihənin həyata keçirilməsi üçün müqavilə layihəsi üzərində işləyirlər. Azərbaycanın da bu layihəyə qoşulacağı ilə bağlı məlumatlar var.
Hazırladı: Natiq Səlim,
KONKRET.az

Sosial       Tarix: 15 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler azerbaycan xeberleri yeni xeberler apa.az xeberler sou biznes cəbhədən canlı azerbaycanda son xeberler