ABŞ dolları çox olanlara PİS XƏBƏR
BRİKS ölkələri qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) səyləri sayəsində dünya iqtisadiyyatının dedollarizasiyası baş verə bilər, bu, ABŞ üçün ağır nəticələrə səbəb olacaq.
KONKRET.azxəbər verir ki, bu qiymətləndirməni Amerikanın "The New York Post" qəzetinin köşə yazarları verib.
Onların fikrincə, ABŞ dollarının əsas əhəmiyyəti ondan ehtiyat valyuta kimi istifadə olunmasıdır. Bu vəziyyət ABŞ-ın qlobal liderliyinin əsasını təşkil edir. Belə ki, dünya iqtisadiyyatının dollarlaşması Vaşinqtona beynəlxalq maliyyə siyasətinin formalaşmasına qeyri-mütənasib dərəcədə böyük təsir bağışlayır, digər dövlətlər isə ABŞ-ın qərarlarına uyğunlaşmaq məcburiyyətində qalırlar.
Vurğulanıb ki, dolların ehtiyat valyuta funksiyasını itirməsi xarici siyasət məsələlərində Vaşinqtona tabe olmaq istəməyən ölkələrə ABŞ sanksiyalarından immunitet qazanmağa imkan verəcək.
Bundan əlavə, dünya iqtisadiyyatının dedollarizasiyası Amerikanın daxili bazarında problemlər yaradacaq.
Nəticədə ABŞ valyutasının alıcılıq qabiliyyəti və beynəlxalq iqtisadi münasibətlər iştirakçılarının onun sabitliyinə inamı aşağı düşə bilər ki, bu da daxili maliyyə bazarında faiz dərəcələrinin artmasına, inflyasiyanın yüksəlməsinə və dövlət büdcəsində böyük kəsirə gətirib çıxara bilər.//Report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"