ABŞ Əfqanıstana yenidən qayıdır
Ötən həftə sonuncu ABŞ əsgərlərinin bölgədən çıxarılması ilə ABŞ-ın Əfqanıstandakı 20 illik varlığı sona çatdı. ABŞ-ın respublikaçı senatoru Lindsey Graham mövzu ilə əlaqədar açıqlamalar verərək, Amerika ordusunun yaxın gələcəkdə Əfqanıstana dönə biləcəyini söyləyib.
Publika.az xəbər verir ki, senator Baydenin geri çəkilmə əməliyyatı ilə əlaqədar bütün tövsiyələrə məhəl qoymadığını iddia edərək, ABŞ-ın Əfqanıstana qayıtmaqdan başqa çarəsi olmadığını söyləyib.
"Başqa çarəmiz yoxdur, Əfqanıstana qayıdacağıq" - L.Graham qeyd edib.
Vaşinqton idarəçiliyinin həqiqətən taliblərin de-fakto nəzarəti altında olan ölkəyə qayıtmaq istəyəcəyi ilə bağlı suala Graham belə cavab verib: "Terror təhlükəsi artacağı üçün sonda məcbur olacağıq. Bu bölgə ekstremist qruplar üçün cəlbedicidir. Əl-Qaidə terrorçuları oranı sığınacaq halına gətirə bilər".
Tarixi geri çəkilmə problemi səbəbiylə ABŞ Prezidenti Co Baydenin vəzifədən getməsini tələb edən Graham, 11 sentyabr hadisəsinin təkrarlana biləcəyinindən narahatlığını ifadə edib.
Akqabay
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək