ABŞ eksperti: "Bayden ABŞ-Türkiyə əməkdaşlığına ciddi zərər vurdu
ABŞ eksperti: "Bayden ABŞ-Türkiyə əməkdaşlığına ciddi zərər vurdu"
ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələrini "soyqırım" adlandıran bəyanatı rəsmi Vaşinqton və Ankara arasında ikitərəfli əməkdaşlığı ciddi şəkildə pisləşdirəcək.
"Report" xəbər verir ki, bu barədə Amerika politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
"ABŞ-dakı erməni diaspor qruplarının lehinə və Yerevandakı faşist rejimini dəstəkləyən bu açıqlama dünyada geniş yayılmış və erməni rejimi tərəfindən daxildə və xaricdə qondarma "erməni soyqırımı" ilə əlaqəli təşkil edilən dərin, kök salmış dezinformasiya kampaniyasının sübutudur", - P.Teys bildirib.
Onun sözlərinə görə, erməni təbliğatının hopdurulduğu Co Bayden ABŞ və Türkiyə arasında müdafiə əməkdaşlığına ciddi zərər vurub.
"Görünür prezident Bayden bu ölkələrin arasında mövcud olmuş hərbi əməkdaşlığa və irsə məhəl qoymur. ABŞ Prezidentinin qərarı münasibətlərdə ciddi çata səbəb olacaq və Brüsseldəki Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) rəhbərliyi altında müdafiə əməkdaşlığı çərçivəsini məhv edəcək", - o deyib. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar