ABŞ heç vaxt buna razılıq verməyəcək - Kərəm Məmmədov
Rusiya-Ukrayna müharibəsi bütün dünya ölkələri üçün ciddi təhdidə çevrilib. Belə bir şəraitdə bütün dövlətlər öz təhlükəsizliyini ön plana çəkib. Bu yaxınlarda İsveç və Finlandiya NATO-ya üzvlüyünü irəli sürüb. Lakin Türkiyə bu məsələyə öz etirazını bildirib.
Qardaş ölkənin İsveç və Finlandiya ilə bağlı haqlı mövqeyi ABŞ-da bəzi dairələri narahat edib. Belə ki, "National Review" adlı nəşr problemin həlli üçün Türkiyəni NATO-dan çıxarmaq barədə çağırış edib. Yazıda həmçinin, NATO-nun Türkiyə əvəzinə İsveç və Finlandiyaya üstünlük verilməli olduğu da vurğulanıb.
Bəs görəsən, Türkiyə NATO-dan çıxarıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov bildirib ki, Türkiyə öz etirazında haqlıdır:
"Türkiyə haqlı olaraq bu məsələyə etiraz edib və bu, NATO-nun təşkili haqqında müqaviləyə tam uyğundur. Vaxtilə İnterpol xətti ilə axtarışda olan terrorçularla bağlı dəfələrlə İsveçə xəbərdarlıq edilib. Lakin İsveç onları Türkiyəyə təhvil vermək əvəzinə terrorçulara sığınacaq verirdi. Dövlətin mənafeyi və dövlətçilik maraqları hər şeydən önəmlidir. Bu mənada Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına haqlı olaraq veto qoyub".
K.Məmmədovun fikrincə, Türkiyənin NATO-dan çıxarılması mümkün deyil:
"Sadəcə olaraq bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Başda ABŞ olmaqla digər dövlətlər də Türkiyə kimi müttəfiqi öz sıralarından çıxarmayacaq. Digər tərəfdən qardaş ölkə hərbi cəhətdən NATO-nun aparıcı gücüdür. Siyasi və iqtisadi baxımdan da Türkiyə Qərb üçün mühüm tərəfdaşdır. İsveç və Finlandiya kimi dövlətlərə görə Türkiyəyə qarşı ciddi qərarlar verilə bilməz. Ən azından ABŞ heç vaxt buna razılıq verməyəcək. Burada görünən və görünməyən siyasi məqamlar var. Qərb mətbuatı məsələnin görünən tərəfinə əsaslanaraq belə yazılar verir. Amma beynəxalq siyasətin görünməyən tərəfləri var. ABŞ və Avropa dövlətləri Türkiyə kimi müttəfiqi heç vaxt itirmək istəməz. Bu gün rəsmi Ankara regionda ən böyük söz sahiblərindəndir. Mətbuatda yazılanlar isə qardaş ölkəni sevməyən rəqiblərin təbliğatından başqa bir şey deyil".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Kurslar.az kurslar [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun