ABŞ-ın aparıcı bankları bu il 20 minə yaxın işçini ixtisar etdi
ABŞ-ın aparıcı bankları, "JPMorgan Chase & Co" istisna olmaqla, bu il tədricən iş yerlərini ixtisar edir.
KONKRET.az xəbər verir ki, bu barədə bank hesabatlarında təqdim olunan məlumatlara istinadən "CNBC" yazıb.
Bu ilin əvvəlindən bəri "Citigroup Inc", "Bank of America Corp", "Morgan Stanley", "Wells Fargo & Co" və "Goldman Sachs Group Inc"də ümumilikdə 20 minə yaxın işçi ixtisara düşüb.
Amerika maliyyə şirkətləri sektorda aktivliyin artması səbəbindən COVID-19 pandemiyası zamanı işçi qüvvəsinin sayını fəal şəkildə artırıb. Bununla belə, Federal Ehtiyat Sisteminin monetar siyasətini sərtləşdirməsi ABŞ iqtisadiyyatının "soyuqlaşmasına", ipoteka kreditlərinə tələbin azalmasına, həmçinin birləşmə, satınalmalarda və istiqrazların təklifində aktivliyin azalmasına səbəb olub.
ABŞ-da korporativ və istehlak kreditləri üzrə defoltların sayının artması o deməkdir ki, banklar gələn il daha da dərin iş ixtisarına əl atmalı olacaqlar.Report
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"