ABŞ-ın bu qərarı Avropanı HƏRƏKƏTƏ KEÇİRDİ: Yeni ordu qurulur

ABŞ-ın bu qərarı Avropanı HƏRƏKƏTƏ KEÇİRDİ: Yeni ordu qurulurABŞ-ın Əfqanıstandan çəkilməsinin nəticəsi davam edir. NATO müttəfiqləri Amerikanın "əbədi müharibələri" olmadan gələcəyə hazırlaşırlar. Çünki Əfqanıstan təkcə ABŞ-ın deyil, həm də müttəfiqlərinin 20 illik müharibəsi idi.
Publika.az "Türkiye Qazetesi"nə istinadən bildirir ki, bununla bağlı ən təəccüblü açıqlama Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles tərəfindən edilib və o, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra artıq super güc olmadığını iddia edib.
Keçmiş ABŞ prezidenti Corc Buşun 2001-ci ilin oktyabrında "Əl-Qaidə" və "Taliban"a qarşı hava zərbələri elan edərkən dediyi kimi, ABŞ-ın Əfqanıstandakı missiyasının arxasında "dünyanın ümumi iradəsi" dayanırdı. 11 sentyabr hücumlarından sonra NATO tarixində yalnız bir dəfə ümumi müdafiə maddəsi olan 5-ci maddəni gündəmə gətirdi. 51-dən çox NATO üzvü və tərəfdaş ölkə Əfqanıstana ümumilikdə 130 min əsgər göndərdi.
NATO-nun döyüş missiyası 2014-cü ildə başa çatdı, lakin koalisiya qoşunları Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim və məsləhət vermək üçün qaldı. Bəzi ölkələr müharibənin sonrakı illərində hərbi mövcudluğunu dayandırdı. Əfqanıstanda öldürülən təxminən 3500 əsgərdən 1145-i müttəfiq qüvvələrə aid idi.
ABŞ Donald Trampdan başlayaraq Co Baydenlə davam edən Əfqanıstandan çıxma planına aydınlıq gətirdi. Lakin Əfqanıstan hökumətinin çökməsi və "Taliban"ın idarəçiliyi çox sürətli ələ keçirməsi prosesi xaosa çevirdi. Ölkədən çəkilmə zamanı törədilən terror hücumu koalisiya tərəfdaşlarını aciz duruma düşürdü. Bəzi ölkələr Kabil Hava Limanı ətrafındakı vəziyyət pisləşdikcə əməkdaşlarını və əfqan ortaqlarını təxliyə etməkdə çətinlik çəkdi. 20 ilin – itirilən həyatların və xərclənən milyardların ardından uğurdan daha çox uğursuzluq oldu. Çünki vəziyyət 20 il əvvələ gedib çıxdı və taliblərdən xilas edilmək üçün girdikləri ölkə yenidən taliblərə verildi. Üstəlik, onların istədikləri zaman içərisində və milyardlarla dollarlıq silah, pul onlara qoyularaq.
ABŞ-ın bu qərarı Avropanı HƏRƏKƏTƏ KEÇİRDİ: Yeni ordu qurulurABŞ-ı günahlandırdılar
Bu, London, Berlin və Brüsseldə müttəfiq liderlərə və ABŞ-a qarşı ittihamlara səbəb oldu. Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey parlamentdə çıxış edərkən bu məsələlərə belə reaksiya göstərdi: "Əfqanıstan hökuməti haqqında anlayışımız bu qədər kasad idimi? Bu sahədəki biliklərimiz bu qədər qeyri-kafi idimi? Yoxsa sadəcə ABŞ-ı izləməli olduğumuzu düşündük?"
Bəzi NATO üzvləri, xüsusən İngiltərə ABŞ-ın Əfqanıstanda qeyri-müəyyən şəkildə iştirak etməsinin tərəfdarı olsa da, reaksiyaların əsas məqsədi Amerikanın geri çəkilmə qrafiki ilə bağlı koalisiya müttəfiqləri ilə nə qədər yaxından məsləhətləşdiyi idi. Bu, NATO alyansını, xüsusən də Donald Tramp dövründə illərlə davam edən bir müzakirəni yenidən canlandırdı: Britaniya və Avropa təhlükəsizlik baxımından ABŞ-dan çox asılıdırmı? ABŞ-ın prioritetlərinin dəyişməsi nəticədə bu balanssızlığın düzəldilməsini tələb edəcəkmi?
Müttəfiqlər deyirlər ki, ABŞ Əfqanıstanla əlaqə qurub, amma məsləhətləşməyib. Amerika dövlət katibi Entoni Blinkenlə Brüsseldə görüşən NATO baş katibi Yens Stoltenberq "Əfqanıstana birlikdə getdik, mövqeyimizi birlikdə qurduq və birlikdə ayrılmaq üçün birləşdik" - deyə bildirib.
NATO hökumətlərinin ABŞ gedəndən sonra Əfqanıstanda qalma imkanları yox idi. Özəl olaraq, diplomatlar tam məsləhətləşmədiklərindən şikayətləndilər və ya ABŞ-ın planları ilə bağlı şübhələrini ifadə etdilər. Ancaq Amerika qərarını verdikdən sonra qurudakı təxminən 7 min amerikalı olmayan NATO qüvvələri üçün də qərar verildi.
ABŞ-dan asılılıq
Bir çox NATO ölkəsi Əfqanıstandakı öhdəliklərini kəskin şəkildə azaltsa da, onlar da qarışıqlığı miras aldılar və ABŞ ordusunun geri çəkilməsinin uğursuzluğunu qəbul etdilər. Bununla da onların son nəticəyə təsir imkanlarının məhdud olduğu anlaşıldı.
Amerika Universitetinin Beynəlxalq Xidmət Məktəbinin baş müəllimi Qarret Martin qeyd edib ki, "Əfqanıstan hadisəsi müttəfiqlərin ABŞ-dan asılılıq dərəcəsini açıq şəkildə ortaya qoydu. Amerika bitdiyinə qərar verdikdən sonra oyunun sona çatdığını qəbul etməlidirlər".
Müttəfiqlərin ABŞ-dan xəyal qırıqlığı köhnə inamsızlığa və yeni siyasi gərginliyə işarədir. G7-nin son toplantısında Avropa liderləri ABŞ-ı qoşunları çıxarmaq üçün 31 avqust tarixini uzatmağa məcbur etdilər. Lakin Amerika qərarını dəyişmədi. İndi ABŞ və müttəfiqləri insanların 31 avqustdan sonra ayrılmağa davam etməsinə icazə vermək üçün "Taliban" qruplaşmasına güvənirlər.
Çıxış təcrübəsi həm də müttəfiqlərin Əfqanıstandakı vəziyyətə nə qədər az nəzarət etdiyini göstərdi. Obama idarəçiliyindən bu yana ABŞ sonsuza qədər davam edəcək müharibələrə olan iştahını itirdiyini açıq şəkildə ifadə etdi. Ancaq Tramp administrasiyasının "Öncə Amerika" siyasəti və bəzən Aİ və NATO-ya qarşı açıq düşmənçilik Avropanın ABŞ-a etibar edə bilməyəcəyi qorxusunu artırdı.
ABŞ-ın bu qərarı Avropanı HƏRƏKƏTƏ KEÇİRDİ: Yeni ordu qurulurYenidən Avropa ordusu
Müttəfiqləri ABŞ-ın prioritetləri arasında haraya uyğun olduqlarını düşünürlər. Əfqanıstan NATO ittifaqını dəyişdirəcəkmi? Vəziyyət son dərəcə mürəkkəbdir. Əfqanıstan NATO-da yeni fay xətləri açdı, amma yəqin ki, onu tamamilə parçalayan şey olmayacaq. Təhlükəsizliyini ABŞ ətrafında quran NATO müttəfiqləri üçün Birləşmiş Ştatların prioritetlərinin dəyişdiyini nəzərə almamaq getdikcə çətinləşir. ABŞ-ın Çinə diqqət yönəltməsi xarici siyasətinin oxunu demək olar ki, dəyişdi. Əfqanıstan müttəfiqlərinin çoxunun Amerikadan asılı olduğunu açıq şəkildə bildirdi. Bu, avropalıların indi bu asılılıqdan qurtulub öz təhlükəsizliyinə sərmayə qoymalı və bunun üzərində qurulub-qurulmaması sualına səbəb oldu. Tramp dövründə Fransa Prezidenti Emmanuel Makron "Avropa ordusu" üçün hərəkətə keçdi. İndi isə Əfqanıstan bu istiqamətdə yeni müzakirəyə təkan verib.
Əfqanıstanla bağlı gərginlik hələ də davam edir. ABŞ Əfqanıstanı tərk edəcəyini söylədi və etdi. Qarşıdakı dövr Aİ-nin bundan sonra necə bir yolla davam edəcəyi ilə bağlıdır.
Avropada siyasi təsir qorxusu
Avropa Əfqanıstandan çəkilmənin təsirini ABŞ-dan daha ağır hiss edə bilər. Çünki Avropa liderləri əfqan mühacir axınını qəbul etmək istəmirlər. Minlərlə insanın Suriya, Yaxın Şərq və Şimali Afrikadan qayıqla Avropaya qaçdığı 2015-ci il qaçqın böhranı nəticəsində baş verənlər hələ də xatırlanır. Qaçqın böhranının idarə olunmamasına verilən siyasi cavab Qərbi Avropada sağçı və millətçi partiyaların artmasına səbəb oldu. Bu partiyalardan bəzilərinin dəstəyi azalsa da, Almaniyada və gələn il Fransada keçiriləcək seçkilər narahatlığı daha da artırıb. "Fransa bir mühacir dalğasını gözləməli və özünü qorumalıdır" deyən Makron ilk işarələri verib.
Akqabay

Dünya     Baxılıb: 347   Tarix: 05 sentyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


son xeberler azerbaycan xeberleri yeni xeberler hava son xeberler bugun 2026 canli enson xeberler hava proqnozu