Quru sərhədlərin bağlı olmasından kasıb adamlar zərər çəkir' - Murad Arif
Quru sərhədləri bağlı ola-ola, ölkədəki xarici vətəndaşlara, qeydiyyatı olduqları xarici ölkələrə üç aydan bir "torpaq-bastı" hökmü verilib. Əks halda deport.
azxeber.com xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Murad Arif yazıb.
Sənətçi quru sərhədlərinin hələ də bağlı olmasını sərt dillə tənqid edib:
"Amma, vacib bir məqam unudulub. Onların arasında fəhləliklə məşğul olan, kasıb etnik azərbaycanlılar zərər çəkir.
Çünki, fəhləsi, ustası, kasıbı, çoxuşaqlı ailəsi olan həmyerlilərimiz, MƏCBURƏN, od qiymətinə hər üç aydan bir təyyarə biletləri almalıdır.
Məsələn, bir Gürcüstan azərbaycanlısı olan fəhlə, qazandığı qəpik-quruşla 3-4-5 nəfərlik ailəsini hər üç aydan bir Gürcüstana keçirtməlidir...
Pandemiyadan öncə, bu problem olmayıb. Çünki, quru sərhədlər maddi baxımdan münasib idi.
İndi bu yazıq insanlar nə etsin?
Bu kateqoriyaya düşən, imkansız adamlar necə ödəsin təyyarə biletlərini? Biz soydaşlarımızı düşünərək, heç olmazsa ildə bir dəfə edə bilmzdikmi bu torpaq-bastını Niyə insan yönümlü ola bilmirik axı?
Və quru sərhədlə ölkəni tərk etmək olur. Amma geri dönüş yalnız təyyarə ilə!"
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür