Makron iki seçim qarşısında: "Ya yeni hökumət qurmalı, ya da..."
Fransa hazırda xroniki siyasi qeyri-sabitlik və artan maliyyə çətinlikləri ilə üz-üzə qalıb. Ölkədə hökumət böhranı dərinləşir, bir neçə baş nazirin tez-tez dəyişdirilməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir. Maraqlıdır, böhrandan çıxış yolu kimi Fransada erkən seçkilərin elan olunması gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əli Mustafa bildirib ki, hazırkı şəraitdə prezident Emmanuel Makronun manevr imkanları xeyli məhdudlaşıb:
"Çünki parlamentdəki qüvvələrin nisbəti yeni hökumət yaratmağa imkan vermir. Makronun seçim imkanı məhduddur: ya yeni hökumət qurmalıdır, ya da erkən parlament seçkilərinə getməlidir. Hər iki variant onun üçün risklidir".
Ekspertin sözlərinə görə, Makronun ictimai etimadı da kəskin şəkildə azalıb:
"Hazırda cəmi 15 faiz əhali ona etimad göstərir. Bu fonda erkən seçkilər elan olunacağı təqdirdə onun partiyasının mövqeləri daha da zəifləyə bilər".
Əli Mustafa qeyd edib ki, növbəti seçkilər 2027-ci ildə nəzərdə tutulsa da, prezidentin həmin vaxta qədər kürsüsünü qoruyub saxlamaqdan başqa çıxış yolu görünmür:
"Amma yeni hökumət formalaşdırmaq onun üçün olduqca çətindir. Daxili sosial vəziyyət də böhranlı olaraq qalır".
Beləliklə, Fransa siyasi böhrandan çıxış üçün erkən seçkilər ssenarisini nəzərdən keçirsə də, bu, Makron üçün son dərəcə riskli addım hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib