ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
ABŞ ilə İran arasında münasibətlərin normallaşacağı və tərəflərin yaxın vaxtlarda razılığa gələcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Lakin Yaxın Şərqdə davam edən gərginlik, nüvə proqramı ətrafındakı fikir ayrılıqları və Vaşinqtonun Tehrana yönəltdiyi tələblər fonunda belə bir razılaşmanın perspektivi hələ də müzakirə mövzusu olaraq qalır. Görəsən, ABŞ və İran arasında razılaşma nə vaxt baş tuta bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırkı mərhələdə tərəflər arasında razılaşmanın vaxtını proqnozlaşdırmaq mümkün deyil.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası prinsip etibarilə razılaşmanın əldə olunmasında maraqlı görünsə də, Vaşinqtonun irəli sürdüyü əsas şərtlər hələ də qüvvədə qalır.
"İranın zənginləşdirilmiş uran ehtiyatları, Hörmüz boğazında təhlükəsizlik və beynəlxalq idarəetmə qaydalarına riayət edilməsi kimi məsələlər ABŞ üçün əsas tələblər sırasındadır. Hazırda diplomatik manevrləri müşahidə edirik. İran bir tərəfdən danışıqlar prosesinin mərkəzində yer almağa çalışır, digər tərəfdən isə Qətər, Misir, Oman və Pakistan kimi ölkələrin vasitəçiliyinə arxalanaraq vaxt qazanmağa çalışır", – deyə siyasi şərhçi qeyd edib.
Ə. Əlibəyli hesab edir ki, mövcud geosiyasi vəziyyət və tərəflərin sərt mövqeləri fonunda yaxın vaxtlarda ABŞ ilə İran arasında hərtərəfli razılaşmanın əldə olunacağı inandırıcı görünmür.
Onun fikrincə, danışıqlar davam etsə də, ciddi irəliləyiş üçün tərəflərin qarşılıqlı güzəştlərə hazır olması əsas şərtdir. Hazırkı şəraitdə isə belə bir razılaşmanın yaxın perspektivdə baş tutacağı ehtimalı olduqca aşağı qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir