ABŞ-ın İranla müharibədən sonrakı Yaxın Şərq PLANI: Tramp nələr edəcək?
ABŞ-ın Yaxın Şərqdə artan gərginlik fonunda verdiyi mesajlar beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub. Xüsusilə, Donald Trampın Vaşinqtonun İranla mümkün müharibədən dərhal çıxacağını bildirməsi ilə yanaşı, bölgədə qalmağın vacibliyini vurğulaması diqqət çəkir.
Bu ziddiyyətli kimi görünən yanaşma əslində hansı strateji məqsədlərə xidmət edir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu yanaşma ABŞ-ın regionda uzunmüddətli strateji maraqları ilə birbaşa bağlıdır.
Əziz Əlibəyli
Onun sözlərinə görə, əsas məqsəd İran daxilində qərarverici elitanın dəyişməsi və ya Vaşinqtonla razılaşmaya gedə biləcək qüvvələrin önə çıxarılmasıdır:
"Alternativ olaraq isə elə qərarverici şəxslərin müəyyənləşdirilməsidir ki, onlar ABŞ-la qarşılıqlı razılığa gələ bilsinlər. Bu baxımdan ABŞ hərbi-strateji üstünlüyü əldə etdiyini düşünür, lakin prosesi indiki mərhələdə dayandırmağın hansı nəticə verəcəyi açıq sual olaraq qalır".
Ekspert qeyd edib ki, ABŞ-ın bölgədə qalması yalnız hərbi deyil, həm də siyasi təsir imkanlarını qorumağa hesablanıb.
Onun fikrincə, erkən geriçəkilmə Vaşinqton üçün real nəticələr vəd etmir:
"Hazırkı mərhələdə ABŞ tərəfindən konkret əldə olunmuş ciddi nəticə yoxdur. Bu səbəbdən bölgədə qalmaqla həm təsir imkanlarını qorumaq, həm də gələcək siyasi razılaşmalar üçün zəmin yaratmaq hədəflənir".
Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdə mövcudluğu uzun illərdir enerji təhlükəsizliyi, regional balansın qorunması və rəqib güclərin təsirinin məhdudlaşdırılması kimi strateji məqsədlərlə əsaslandırılır. Vaşinqtonun hazırkı yanaşması da məhz bu uzunmüddətli strategiyanın davamı kimi qiymətləndirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü