ABŞ-ın kəşfiyyat rəhbəri Bakıdan nə ilə getdi? - GİZLİNLƏR ÜZƏ ÇIXDI

ABŞ-ın kəşfiyyat rəhbəri Bakıdan nə ilə getdi? - GİZLİNLƏR ÜZƏ ÇIXDICənubi Qafqazda mürəkkəb geosiyasi və geostrateji proseslərin getdiyi bir zamanda ötən həftə ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prioru Bakıya gəldi.
KONKRET.azxəbər verir ki, MKİ nümayəndəsinin Azərbaycana səfəri sözsüz ki, çoxlu suallara yol açırdı. Çünki MKİ rəhbərliyindən İrəvana da səfərlər intensiv xarakter almışdı. Bu baxımdan Patrik Priorunun Bakıda olması kifayət qədər önəmli səfər idi, habelə, Azərbaycan-Ermənistan danışıqları ərəfəsində vacib görüş idi. Səfər çərçivəsində o, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətlərini və təhlükəsizlik əməkdaşlığının müzakirə edildiyi bildirilir. Bundan öncə səfirlik belə bir paylaşım etmişdi: "Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq".
Söhbət hansı məsləhətləşmələrdən gedir? Amerikalı kəşfiyyat rəsmisinin Azərbaycan səfəri ilə bağlı müxtəlif versiyalar səslənir. Onların arasında Zəngəzur dəhlizinə nəzarətin hansısa xarici (Qərb) şirkətinə həvalə edilməsinə rəsmi Bakını razı salmaq istəməsi ilə bağlı ehtimal da var. Hətta belə fikir var ki, bu səfərin proqramı Azərbaycanın maraqlarına uyğun sayılmır. ABŞ təhlükəsizlik yetkilisi Bakıdan nə ilə getdi və bu səfərin təsiri özünü bölgədə nə vaxt göstərməyə başlayacaq?
Professor Qabil Hüseynli istisna etmir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətindən kənarda açılması mövzusu MKİ rəsmisinin portfelində olan məsələlərdən biridir. Onun zənnincə, ABŞ regiona Ermənistan üzərindən nüfuz etməyə səy göstərir və hazırda geoekonomik hədəf Orta dəhlizin Rusiyasız işə düşməsidir. Bununla belə, politoloq regionda təhlükəsizliyin gücləndirilməsi, İranın bitməyən "qırmızı xətt" eyhamlarının da müzakirə oluna biləcəyini mümkün sayır: "Amerika kəşfiyyatı Ermənistana ayaq açıb və tez-tez səfərlər edirlər. İrəvandakı səfirliyində də kəşfiyyatçıların olması şübhə doğurmur. Məni maraqlandıran odur ki, Tehranın qarşı çıxdığı dəhlizlə bağlı Vaşinqton nə düşünür? Yəni İran etiraz edir, amma müttəfiqi Rusiyaya bu koridor lazımdır. Əgər bu logistika işə düşərsə, İran Kremlin yanında olacaq, ya yox? Düşünürəm ki, Cənubi Qafqazda təhlükəsizlik ən kövrək məsələdir. İndi tərəflərin üst-üstə düşməyən mövqeləri ucbatından mübahisə daha qızğın xarakter ala bilər. Görünür ki, MKİ rəsmisi Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəqiqləşdirmək istəyib. Lakin Azərbaycanın baxışı ortadadır – qərb rayonlarımızdan Naxçıvana gediş-gəliş maneəsiz təmin olunmalıdır".
Q.Hüseynli xatırladır ki, yola kontrolun özəl şirkətə verilməsi gündəmə gəlib və ABŞ bu mövzuda Azərbaycanın münasibətini bilmək istəyib: "Yəni bizim üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin, yoxsa hər hansı özəl şirkətin Naxçıvana gediş-gəlişə nəzarət etməsinin fərqi varmı? – bunu öyrənmək istəyə bilərlər. Əslində Azərbaycana lazım olan üçtərəfli sənədin 9-cu bəndinin yerinə yetirilməsidir. Ermənistan öhdəlik götürüb. Paşinyan təhrif edərək deyir ki, yolun təhlükəsizliyinin qarantiyası Ermənistandadır. Bəli, belədir, amma yola nəzarət ruslara verilməlidir. Bu öhdəlik var. Paşinyan doğru deyir, təhlükəsizliyi Ermənistan təmin etməlidir, amma yola kontrol Rusiya Federal Təhlükəsizlik Xidmətində olmalıdır, buna da qol çəkib. Onun çıxışı Paşinyanın sənədi təhrif etməsi kimi dəyərləndirilir. Lakin belə deyil, sadəcə, erməni baş nazir təhlükəsizliklə bağlı hissəni qeyd edib, nəzarət haqda heç nə deməyib və üstündən keçib. Bu da ondan irəli gəlir ki, hər məsələdə Rusiyaya yarınan Ermənistan hakimiyyəti Qərbin himayəsi ilə dəhlizə kontrolu ruslara vermək istəmir".
Politoloq Xaqani Cəfərlinin fikrincə, ABŞ Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətdir: "Ötən 33 ildə ABŞ-ın Azərbaycanın təhlükəsizliyinə töhfə verməsi barədə Azərbaycan rəsmiləri tərəfindən çoxsaylı müsbət fikirlər səsləndirilib. Bütövlükdə, ABŞ öz müttəfiqlərini və tərəfdaşlarını bir qayda olaraq kəşfiyyat kanalları vasitəsilə məlumatlandıraraq onları arzuolunmaz hadisələrdən sığortalamağa çalışır. Ehtimal oluna biləcək xüsusi terror hadisələri ilə bağlı müttəfiqlərini və tərəfdaşlarını məlumatlandırır". Ekspertin sözlərinə görə, ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri Rusiya ilə bağlı ola bilməz: "Çünki Rusiya ilə münasibətlər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Rusiyanın İranla yaxınlaşması və Ermənistana təzyiqləri daha çox siyasi mövzulardır. Səfərin məqsədi ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində münasibətlərini möhkəmləndirməklə bağlıdır. Həm də Azərbaycana terror hadisələrinin artma ehtimalı ilə bağlı məlumatlar verməkdir"."Yeni Müsavat"

Siyasi       Tarix: 10 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeberler bugünki xəbərlər bu gune olan xeberler