İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib.
azxeber.com xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsində 150  azərbaycanlı uşağa ödənişsiz tibbi müayinə və sağlamlıq xidmətləri göstərilib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin (TAHD) təşkilatçılığı ilə keçirilən sosial aksiya İstanbulda yaşayan azərbaycanlı ailələrə dəstək məqsədi daşıyıb.
Tədbir çərçivəsində peşəkar həkim heyətinin iştirakı ilə uşaqlara pediatriya, qulaq-burun-boğaz, stomatologiya, oftalmologiya və nitq terapiyası sahələri üzrə tibbi xidmətlər göstərilib. Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyevin təşkilatçılığı və dəstəyi ilə səyyar laboratoriya da qurulub.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə çıxışında bildirib ki, layihənin əsas məqsədi İstanbulda yaşayan, tibbi sığortası olmayan və maddi imkanları məhdud azərbaycanlı ailələrin övladlarının keyfiyyətli sağlamlıq xidmətlərinə çıxışını təmin etməkdir.
O vurğulayıb ki, aztəminatlı ailələrin uşaqlarına tibbi xidmət göstərilməsi yalnız sosial dəstək deyil, həm də Azərbaycanın gələcəyinə qoyulan mühüm sərmayədir. Hər bir uşağın sağlam böyüməsinin həm ailələr, həm də bütövlükdə cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Məmmədzadə belə layihələrin dövlətimizin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğının əməli təzahürü olduğunu bildirib.
Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin sədri, invaziv nevroloq və insult mütəxəssisi Uzman Dr. Vüqar Cəfər çıxışında iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O, Zəfər Gününün sevincini Türkiyədə yaşayan azərbaycanlı uşaqlara sağlamlıq xidməti göstərməklə qeyd etməyin xüsusi məna daşıdığını vurğulayıb.
Dr. Vüqar Cəfər uşaqların sağlamlığı naminə könüllü şəkildə öz peşə bilik və təcrübələrini əsirgəməyən həkimlərə təşəkkürünü bildirib. O, həmçinin Azərbaycan Diaspor Komitəsinə, TADEF-ə, Federasiyanın sədr müavini Pərviz Məmmədzadəyə, səyyar laboratoriyanın qurulmasına dəstək verən Gənc Azərbaycanlılar Dərnəyinə minnətdarlığını ifadə edib.
Uşaqların vitamin kompleksləri ilə təmin olunmasına görə Vefa İlaç şirkətinin rəhbəri Xələddin Quliyevə də xüsusi təşəkkür bildirən Dr. Cəfər bu cür dəstəklərin layihənin sosial əhəmiyyətini daha da artırdığını qeyd edib.
Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev çıxışında uşaqların sağlamlığına yönələn hər bir təşəbbüsün əslində Vətənin gələcəyinə xidmət etdiyini bildirib və bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.
Layihənin həyata keçirilməsində Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə yanaşı, müxtəlif tibb müəssisələrində çalışan azərbaycanlı həkimlər də iştirak ediblər.
Tibbi aksiyada Medicana Xəstəxanasının ümumi cərrahı  Doç. Dr. Amil Hacıyev, Bahçelievler Semt Poliklinikasının stomatoloqu Uzman Dr. Ruslan Ağasıyev, qulaq-burun-boğaz mütəxəssisi Uzman Dr. Musa Musayev, İstanbul üniversitesi Cerrahpaşa Tibb fakültesi kulak burun boğaz asistan doktoru Elvin Hümbətli, Medicana Beylikdüzü Xəstəxanasının hekimi Dr. Şahin Dehqani, pediatr Uzman Dr. Nigar Tağızadə, İstanbul çapa tıp fakültesinden nöroloji asistan doktoru  Zəhra Hacıyeva, dil və danışıq terapevti Uzman Dr. Nuriyyə Novruzova, göz xəstəlikləri üzrə mütəxəssis Uzman Dr. Ülviyyə Əsgərova, pediatrlar Uzman Dr. Aygül Nəbəliyeva və Uzman Dr. Üzeyir İsmayılzadə iştirak ediblər.Layihə bir daha göstərib ki, Azərbaycan–Türkiyə qardaşlığı yalnız siyasi və mədəni münasibətlərlə məhdudlaşmır. Bu birlik həm də qarşılıqlı qayğı, sosial məsuliyyət və soydaşlarımıza əməli dəstək kimi dəyərlərlə möhkəmlənir. Zəfər Gününə həsr olunan bu təşəbbüs uşaqların sağlam gələcəyinə, diaspor həmrəyliyinə və milli birliyimizin gücləndirilməsinə xidmət edən əhəmiyyətli bir nümunədir.
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLARİstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLARİstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLARİstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLARİstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

Siyasi       Tarix: 04 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar axsam az xeberler xeber saytlari