ABŞ-ın Venesuela neftinə müdaxiləsi, qlobal bazara və Azərbaycana necə təsir göstərəcək? - Mümkün VERSİYALAR

ABŞ-ın Venesuela neftinə müdaxiləsi, qlobal bazara və Azərbaycana necə təsir göstərəcək? - Mümkün VERSİYALARQlobal enerji bazarlarında baş verən dalğalanmalar fonunda neft qiymətlərinin artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Ekspertlər hesab edirlər ki, bu proses təkcə enerji sektoruna deyil, eyni zamanda inflyasiya risklərinin yüksəlməsinə və dünya iqtisadiyyatında yeni gərginliklərin yaranmasına səbəb ola bilər. Xüsusilə ABŞ-ın neft siyasəti, Venesuela üzərində qurduğu nəzarət mexanizmləri və Tramp administrasiyasının qiymətləri sabit saxlamaq cəhdləri qlobal bazarlara birbaşa təsir göstərir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib ki, Venesuela dünyanın ən zəngin neft ehtiyatlarına malik ölkələrdən biridir, lakin qaz ehtiyatları nisbətən azdır.
"Venesuela eyni zamanda dünyanın ən ağır neftinə sahib ölkə kimi tanınır və ABŞ-ın bu ölkəyə xüsusi marağı da məhz bu resurslarla bağlıdır. Hazırda Venesuela neftinin satışını yalnız ABŞ şirkətləri həyata keçirə bilir. Tramp administrasiyası mövcud hakimiyyət qarşısında il ərzində 50 milyon barel neft tədarükü ilə bağlı şərt qoyub. Hazırda Venesuelada gündəlik təxminən 1 milyon barel neft hasil olunur ki, bu da dünya bazarının təxminən 1 faizindən bir qədər azdır".
ABŞ-ın Venesuela neftinə müdaxiləsi, qlobal bazara və Azərbaycana necə təsir göstərəcək? - Mümkün VERSİYALARRüfət Quliyevin sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi bu nəzarət mexanizmi faktiki olaraq dünya neftinin təxminən 50 faizinə fiziki nəzarət imkanı yaradır.
"Tramp neft qiymətlərinin yüksəlməsində maraqlı deyil və orta qiymətin 50 dollar civarında qalmasını hədəfləyir. Bu siyasətin tərkib hissəsi olaraq ABŞ daxilində benzin qiymətləri də aşağı salınıb və bu yanaşmanın bir neçə il davam etdirilməsi planlaşdırılır.
Venesuela yalnız neftlə deyil, eyni zamanda nadir metallar və digər qiymətli mineral ehtiyatlarla da zəngindir. Bu resurslar dünya bazarlarında yüksək dəyərə malikdir və qlobal iqtisadi proseslərə ciddi təsir göstərir".
Qlobal miqyasda baş verən neqativ proseslərin Azərbaycandan da yan keçmədiyini vurğulayan Rüfət Quliyev bildirib ki, ölkəmiz müstəqil və suveren yol seçərək xarici təsirləri minimuma endirməyə, balanslı siyasət yürütməyə çalışır. Onun sözlərinə görə, 2026-cı il həm maraqlı, həm də risklərlə dolu hadisələrlə başlayıb və görünən odur ki, bu proseslər xüsusilə Tramp administrasiyasının siyasəti fonunda davam edəcək.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 12 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli enson xeberler dunya xeberleri sonxeber az