ABŞ: "İran danışıqlarda xoş niyyət göstərməsə, başqa yollara üz tutacağıq
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransındakı açıqlamasında atom anlaşmasının bərpası ilə bağlı fürsətin həmişə olmayacağını vurğulayaraq deyib ki, əgər İran xoş niyyət və məsələ ilə bağlı şəffaflığının olmadığını öz hərəkəti və ya hərəkətsizliyi ilə göstərərsə, ABŞ başqa yollara üz tutmaq məcburiyyətində qalacaq".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, Prays qeyd edib:
"Bizim İranın atom məsələsi ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla digər müxtəlif variantlarımız var, ancaq onların ictimailəşdirilməsi məqsədəuyğun deyil".
O, İranın yeni hökumətinin atom anlaşmasının bərpası ilə bağlı müzakirələrə hazırlıqlı olmasına və xoş niyyətlə qatılmasına, habelə danışıqların ötən altı mərhələsində əldə olunan nailiyyətləri artıracağına ümid etdiyini qeyd edib.
Ned Prays Ağ Evin tərəflərin öz öhdəliklərinə qayıtması üçün diplomatiyanı seçdiyini vurğulayaraq bildirib ki, atom anlaşması elə bir təminat yaradacaq ki, daimi və yoxlanıla bilən əsaslarla İranın atom silahı əldə etməsinin qarşısını almaq mümkün olacaq.
O həmçinin xatırladıb ki, ABŞ Prezidenti Co Bayden Avropaya səfəri çərçivəsində İranın atom proqram ilə bağlı narahatedici fəaliyyətlərlə əlaqədar anlaşmanın üzvü olan üç Avropa ölkəsi, habelə digər avropalı müttəfiqləri ilə müzakirələr aparıb.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı