ABŞ-İran danışıqları nə ilə nəticələnəcək? - YENİ VERSİYA

ABŞ-İran danışıqları nə ilə nəticələnəcək? - YENİ VERSİYAABŞ və İran arasında uzun müddətdir davam edən gərgin münasibətlərin fonunda növbəti mümkün danışıqlar raundu beynəlxalq diqqət mərkəzinə çevrilib. Cey Di Vens rəhbərliyi ilə ABŞ nümayəndə heyətinin İslamabad şəhərində İran tərəfi ilə görüş ehtimalı regionda siyasi və təhlükəsizlik balansına təsir göstərə biləcək mühüm hadisə kimi qiymətləndirilir. Tərəflərin qarşılıqlı tələbləri, xüsusilə nüvə proqramı, sanksiyalar və regional təsir dairəsi ilə bağlı fikir ayrılıqları danışıqların gündəliyini daha da mürəkkəbləşdirir.
Bəs bu görüşdə hansı əsas məsələlər müzakirə olunacaq və tərəflər ortaq məxrəcə gələ biləcəklərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, tərəflərin danışıqlara hansı mövqedən yanaşması əsas müəyyənedici amildir.
ABŞ-İran danışıqları nə ilə nəticələnəcək? - YENİ VERSİYA"ABŞ daha əvvəl 15 maddəlik tələblər paketi irəli sürüb, İran isə buna cavab olaraq 10 bəndlik təklif təqdim edib. Hətta İranın təqdim etdiyi sənədin ingilis və fars versiyaları arasında müəyyən fərqlərin olduğu da qeyd olunur. ABŞ-ın ilkin mərhələdə bu sənədi qəbul etmədiyi, lakin sonradan yenidən müzakirələrin mümkün olduğu bildirilir.
Danışıqlar baş tutarsa, hər iki tərəfin təklifləri masa üzərinə qoyulacaq və əsas müzakirələr strateji məsələlər ətrafında cəmləşəcək. Bu çərçivədə xüsusilə Hörmüz boğazının statusu və nəzarəti əsas mübahisə mövzularından biri olacaq. Tərəflər arasında bu mühüm enerji dəhlizinə kimin və necə nəzarət edəcəyi, nəzarətin birgə olub-olmayacağı kimi məsələlər müzakirə oluna bilər.
Digər əsas mövzu isə İranın nüvə proqramıdır. ABŞ və onun müttəfiqi İsrail üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır. Vaşinqton Tehrandan nüvə və raket proqramlarının məhdudlaşdırılmasını, eləcə də regiondakı proksi qüvvələrə dəstəyin dayandırılmasını tələb edir. İran isə öz növbəsində tətbiq edilən sanksiyaların ləğvini və iqtisadi itkilərə görə kompensasiya ödənilməsini gündəmə gətirir".
Əli Mustafanın sözlərinə görə, tərəflər arasında fikir ayrılıqları yalnız bu məsələlərlə məhdudlaşmır.
"ABŞ-ın İran daxilində siyasi dəyişikliklərdə maraqlı olduğu da iddialar sırasındadır. Eyni zamanda, regionda gərginliyin azaldılması kontekstində Livan məsələsi də gündəmə gəlib. İlkin razılaşma layihəsində Livana qarşı hücumların dayandırılması bəndinin olduğu, lakin İsrailin buna razılıq vermədiyi bildirilir.
Daha sonra ABŞ bu məsələnin razılaşmadan çıxarıldığını bəyan edib, İran isə bu halda danışıqlara qatılmaqdan imtina edə biləcəyini açıqlayıb.
Bununla yanaşı, görüşün vaxtı və keçirilib-keçirilməyəcəyi ilə bağlı da ziddiyyətli məlumatlar mövcuddur. İran nümayəndə heyətinin artıq Pakistanda olduğu iddia edilsə də, rəsmi mənbələr bunu təsdiqləmir".
Ekspert hesab edir ki, danışıqların baş tutma ehtimalı olsa da, uğursuzluq riski də kifayət qədər yüksəkdir. Hər iki tərəf öz şərtlərində israrlı mövqe nümayiş etdirir və hansı məsələlərin müzakirəyə çıxarılacağına yalnız tərəflərin özü qərar verəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 13 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cəbhədən son dəqiqə maşın realiti şou xeber