ABŞ-İran müharibəsi yenidən başlaya bilər - Bölgəni hansı təhlükə gözləyir?

ABŞ-İran müharibəsi yenidən başlaya bilər - Bölgəni hansı təhlükə gözləyir?"İran və İsrail arasında baş verən son qarşıdurmalar bir daha göstərir ki, bu müharibənin hazırkı reallıq çərçivəsində başa çatması mümkün görünmür"
Bu sözləri azxeber.com-a açıqlamasında siyasi analitik Rusif Məmmədsoy deyib.
O bildirib ki, ABŞ-İranla bağlı siyasi məqsədlərinə hələ də tam şəkildə çatmayıb:
"ABŞ-nin İranla bağlı siyasi məqsədləri və hədəfləri hələ də tam şəkildə reallaşmayıb. Bu məqsədlər arasında İranda rejim dəyişikliyi, ballistik raketlərin uçuş məsafəsinin məhdudlaşdırılması və uranın zənginləşdirilməsinin qarşısının alınması kimi məsələlər yer alır.
Son proseslər göstərir ki, aparılan danışıqlar heç bir nəticə vermədi. Baxmayaraq ki, Pakistanın vasitəçiliyi ilə müəyyən diplomatik təşəbbüslər irəli sürülür, zaman-zaman tərəflər arasında yenidən hərbi zərbələrin şahidi oluruq".
O qeyd edib ki, ABŞ tərəfindən bölgəyə əlavə hərbi qüvvələrin göndərilməsi təsadüfi deyil:
"Xüsusilə son günlər yayılan məlumatlara görə, ABŞ tərəfindən bölgəyə əlavə hərbi qüvvələrin göndərilməsi təsadüfi deyil. Hərbi hava qüvvələrinin, hərbi dəniz donanmasının və canlı qüvvənin bölgəyə cəlb olunması böyük maliyyə tələb edir. Donald Trampın siyasi fəaliyyətinə nəzər saldıqda da görünür ki, o, nəticəsi olmayan proseslərə vəsait xərcləməyi sevən siyasətçi deyil. Bu baxımdan hesab edirəm ki, Vaşinqtonda artıq müəyyən qərarlar formalaşıb. Baxmayaraq ki, İsrail ilə İran arasında, eləcə də İsrail ilə İranın proksi qüvvəsi olan Hizbullah arasında qarşıdurmalar fonunda Donald Tramp və Benyamin Netanyahu arasında müəyyən fikir ayrılıqları müşahidə olunub. Lakin tərəflərin ortaq məxrəcə gəlmək ehtimalı kifayət qədər yüksəkdir. Son hadisələri də məhz bu kontekstdə qiymətləndirmək lazımdır".
Politoloq vurğulayıb ki, İran tərəfi də müharibənin davam etməsində maraqlıdır:
"İran tərəfi də müharibənin hazırkı mərhələdə davam etməsində müəyyən mənada maraqlıdır. Çünki Tehran uzun illərdir Hörmüz boğazından strateji təsir rıçağı kimi istifadə edir. Bu boğaz üzərində nəzarət həm İran, həm də ABŞ üçün mühüm geosiyasi əhəmiyyət daşıyır. Lakin bu proseslərin İran üçün ciddi mənfi nəticələri də var. Söhbət yalnız strateji məğlubiyyətdən getmir. İran dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrindən biridir. Bu resursların beynəlxalq bazarlara çıxarılmasına, xüsusilə Çin kimi əsas alıcılara satışına qoyulan məhdudiyyətlər ölkə iqtisadiyyatına ciddi zərbə vurur. 
ABŞ-nin tətbiq etdiyi sanksiyalar fonunda İran böyük maliyyə itkiləri ilə üzləşir. Problem yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Digər strateji məhsulların xarici bazarlara çıxarılmasında da çətinliklər yaranır. Bunun nəticəsində ölkə daxilində qiymətlər kəskin artır, sosial narazılıq güclənir və iqtisadi problemlər daha da dərinləşir.
Hesab edirəm ki, hazırda İranın idarəedici strukturları, xüsusilə də SEPAH, müharibənin davam etməsində müəyyən maraq görür. Bunun əsas səbəblərindən biri daxildəki problemlərdən və ictimai narazılıqdan diqqəti yayındırmaq, gündəmi başqa istiqamətə yönəltmək istəyidir". 
Şahanə Ziyad

Siyasi       Tarix: 10 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler ən son xeberler cəbhədən video oxu.az xeberler