ABŞ-İran qarşıdurması Üçüncü Dünya Müharibəsinə çevrilə bilər... - SENSASİON AÇIQLAMA

ABŞ-İran qarşıdurması Üçüncü Dünya Müharibəsinə çevrilə bilər... - SENSASİON AÇIQLAMAABŞ və İran arasında son günlər yenidən artan hərbi-siyasi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yaxın Şərqdə qarşılıqlı zərbələr, sərt bəyanatlar və mümkün hərbi əməliyyatlarla bağlı xəbərlər fonunda regionda vəziyyətin daha da mürəkkəbləşəcəyi ilə bağlı narahatlıqlar artır.
Bəs ABŞ-İran qarşıdurması üçüncü dünya müharibəsinə çevrilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, ABŞ və İran arasında 40 günlük müharibədən sonra 8 aprel tarixində atəşkəs əldə olunub və həmin dövrdə diplomatik təmaslar davam edib.
ABŞ-İran qarşıdurması Üçüncü Dünya Müharibəsinə çevrilə bilər... - SENSASİON AÇIQLAMAOnun sözlərinə görə, tərəflər müəyyən ortaq məqamlar üzərində anlaşmağa yaxınlaşsalar da, son günlər bölgədə baş verən hadisələr gərginliyi yenidən artırıb:
"Xüsusilə Livan istiqamətində İsrailin fəallaşması, İranın İsraili raket atəşinə tutması, İsrailin buna cavab verməsi, ABŞ helikopterinin vurulması və Vaşinqtonun İrana qarşı cavab zərbələri endirməsi fonunda vəziyyət yenidən mürəkkəbləşib. ABŞ Prezidenti Donald Tramp əvvəlcə İrana qarşı genişmiqyaslı hücumların mümkünlüyü barədə açıqlamalar versə də, daha sonra belə əməliyyatların təxirə salındığını bildirdi.
Onun sözlərinə görə, Tehranla razılaşma əldə olunmasına çox az qalıb və yaxın həftələrdə anlaşma imzalana bilər. Lakin İran tərəfi bu açıqlamaların həqiqəti əks etdirmədiyini bəyan edib. Bu səbəbdən də reallığın hansı tərəfdə olduğunu söyləmək çətindir".
Siyasi şərhçi hesab edir ki, ABŞ-İran qarşıdurması təkbaşına üçüncü dünya müharibəsinə səbəb olacaq səviyyədə deyil:
"Mən düşünmürəm ki, ABŞ və İran arasındakı gərginlik üçüncü dünya müharibəsinə gətirib çıxarsın. Doğrudur, dünyada ümumi gərginlik artır, böyük güclər arasında rəqabət daha da güclənir. Lakin İran bu prosesdə əsas oyunçu deyil. Əgər bu qarşıdurmaya Çin kimi böyük dövlətlər açıq şəkildə qoşularsa, o zaman daha genişmiqyaslı müharibə ssenarilərindən danışmaq olar".
Ekspertin fikrincə, hazırda beynəlxalq ictimaiyyətin əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib:
"Qərb ölkələri Ukraynanın özünü müdafiə etməsinə dəstək verməyə çalışırlar. ABŞ administrasiyası da İran məsələsinin nəzarətdən çıxmasını istəməz. Əgər Vaşinqton Tehrana təzyiq göstərmək qərarına gəlsə, bu daha çox İranın mülki infrastrukturu, kommunikasiya sistemləri, elektrik stansiyaları və enerji obyektlərinə qarşı zərbələr şəklində olacaq".
Oqtay Qasımov vurğulayıb ki, mümkün qarşıdurma daha çox regional xarakter daşıya bilər:
"İran təbii ki, belə hücumlara cavab verməyə çalışacaq. Amma hesab edirəm ki, bu, regional müharibə səviyyəsində qalacaq. Bununla belə, Yaxın Şərqdə baş verəcək genişmiqyaslı hərbi toqquşma dünya iqtisadiyyatına, xüsusilə enerji bazarlarına ciddi mənfi təsir göstərə bilər. Düşünürəm ki, hazırkı mərhələdə tərəflər idarə olunan gərginlik çərçivəsindən kənara çıxmayacaqlar".
Politoloqun qənaətinə görə, bölgədə risklər yüksək olaraq qalsa da, mövcud geosiyasi reallıq ABŞ-İran qarşıdurmasının qlobal müharibəyə çevrilməsindən daha çox regional münaqişə səviyyəsində qalacağını göstərir.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 12 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 bugunun xeberleri xabar az hava haqqinda