Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"
İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Ayzenkot hələ başa çatmamış araşdırmadan istifadə edilərək səsvermənin rəsmi nəticələrinin açıqlanmasının təxirə salınmasını qəbuledilməz adlandırıb.
"İsrail seçkilərin dürüstlüyünü təmin etməli, istənilən müdaxilə, spekulyasiya və manipulyasiya cəhdlərinin qarşısını almalıdır. Digər tərəfdən, siyasi qüvvələr yaranmış vəziyyətdən Knessetin 26-cı çağırışının fəaliyyətə başlaması və deputatların andiçmə mərasiminin vaxtına təsir göstərmək üçün istifadə etməməlidir", – deyə Ayzenkot vurğulayıb.
Bundan əvvəl Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası Qətər və Türkiyəni ərəb seçicilərin seçkilərdə iştirak fəallığının artırılması tədbirlərini maliyyələşdirməkdə şübhəli bilib.
Bununla əlaqədar partiya Netanyahunun rəhbərlik etdiyi blokun çoxluğu itirdiyi, ərəb əhalisinin üstünlük təşkil etdiyi İsrail yaşayış məntəqələrində səsvermənin nəticələrinə etiraz bildirmək niyyətində olduğunu açıqlayıb.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar